Gün eynəkləri yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:50 Donatella Versace italyan brendindəki vəzifəsini tərk edir  |     22:45 Dünya 2035-ci ildə: III dünya müharibəsi başlayacaqmı, yeni pandemiya təhlükəsi varmı?  |     22:37 Havadan alınan nəmlə plastik emal edildi - Alimlərin unikal kəşfi  |     22:32 "Bluesky"nin icraçı direktoru Mark Zukerberq latın dilində ələ saldı  |     22:25 Azərbaycanlı idmançı dostu ilə itkin düşdü (FOTO)  |     22:20 Hansı ölkənin neçə nüvə silahı var?  |     22:13 Azərbaycanda məşhur şirkət müflis oldu  |     22:08 Uşağın cinsiyyətini valideynə açıqlamaq hüquq pozuntusudur?  |     22:01 Azərbaycanlılar Türkiyədən mənzil alışında ilk 4-lükdə - Nə qədər alıblar?  |     21:55 Azərbaycanda qızılın bir unsiyasının qiyməti 5 000 manatı keçdi - İlk dəfə  |     21:50 Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən alimə hökm oxunub  |     21:43 “Şlyapa Zahid”in məhkəməsi: Kreditin ayrılmasını Fazil Məmmədov göstəriş vermişdi, ondan Nəcməddin Sadıkov xahiş etmişdi  |     21:38 Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib  |     21:31 Sabah Yasamalın bəzi ərazilərində qaz olmayacaq  |     21:25 Casusluqda ittiham olunan Fransa vətəndaşı: Mənə Azərbaycanın silahları və ordunun silahlanması haqqında suallar verilirdi  |     21:16 Azərbaycana Türkiyədən gətirilən nektarin və şaftalı tinglərində virus aşkarlanıb  |     21:11 Suriya Prezidenti Konstitusiya Məhkəməsinin üzvlərini təyin edə biləcək  |     21:05 NBA-da oynamış basketbolçu 54 yaşında vəfat edib  |     21:00 İsrail Ordusu Dəməşqə zərbə endirdiyini təsdiqləyib  |     20:54 FHN Qəbələ Beynəlxalq Aeroportunda təlim keçirib  |    

Gün eynəkləri yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır

Gün eynəyi yayın əsas aksesuarlarından biridir. Günəşli günlərdə gözlərin sağlamlığı üçün eynəklər vacib hesab olunur. Lakin ucuz və keyfiyyətsiz eynəklər günəşin ultrabənövşəyi şüalarını əks etdirən xüsusi örtüyə malik deyillər. Bu isə gözlər üçün təhlükəlidir.

Median.Az
bildirir ki, Respublika Neyrocərrahiyyə Xəstəxanasının oftalmoloqu Gültəkin Məmmədovanın AZƏRTAC-a verdiyi məlumata görə, gözün içərisindəki torlu qişanın zərif nöqtələri görməni təmin edir. Keyfiyyətsiz eynək taxılması həmin reseptorların zədələnməsi ilə nəticələnir və bu zaman geridönməz dəyişikliklər əmələ gəlir: "Günəş şüaları göz dibinə, buynuz qişaya və büllura mənfi təsir edir. Ona görə də oftalmoloqlar günəşli havalarda gün eynəyindən istifadə olunmasını məsləhət görürlər: "Gün eynəkləri üç qrupa bölünür: kosmetik, yüksək müdafiəli və adi gün eynəkləri. Kosmetik gün eynəklərindən adətən aksesuar kimi istifadə edilir. Yüksək müdafiəli gün eynəklərindən hündür dağlıq ərazilərdə istifadə olunması faydalıdır. Bəzi gün eynəkləri sürücü və idmançılar üçün nəzərdə tutulub. Xomilyon gün eynəkləri isə həssas gözlər üçün nəzərdə tutulub və işıqlandırmadan asılı olaraq rəngini dəyişir və gözün buynuz qişasını optik müdafiə edir".

Həkimin dediyinə görə, yüksək dərəcədə tündləşdirilmiş linzalar həm də keyfiyyətli və qoruyucu keyfiyyətə malik deyil. Tünd linzalı ucuz və keyfiyyətsiz eynəklər nəinki xeyirsiz sayılır, hətta gözlər üçün ziyanlıdır. Bunun səbəbi tünd şüşə arxasında göz bəbəyinin genişlənməsidir. Nəticədə onun arasından daha çox işıq keçmiş olur.

Mütəxəssislər eynək alarkən, ilk növbədə, onun rəng və çəkisinə fikir verməyi məsləhət görürlər. Eynəklər nə tünd, nə də açıq rəngdə, yüngül, rahat və göz çuxuruna uyğun olmalıdır. O həmçinin qoruyucu xüsusiyyətinə malik, gün şüalarını qıran, gözü qamaşdırmayan, gözləri rahatladan və onlara istirahət verən olmalıdır. Eynəyin şüşəsi cızılanda öz keyfiyyətini itirir, çünki cızılmış yerlərdən ultrabənövşəyi şüalar gözə təsir edir.

Keyfiyyəti yoxlamağın başqa bir yolu eynəyi taxandan sonra şaquli bir xətlə baxmaqdır. Eynəyi yüngülcə yuxarı və aşağı, sağa və sola hərəkət etdirəndə həmin xətdə oynama və qaralmalar olursa, bu, eynəyin keyfiyyətində müəyyən problemlər olduğunu göstərir. Eynəyi gözə taxarkən görüntü aydın olmalıdır. Bulanıq görüntü şüşənin keyfiyyətsizliyindən xəbər verir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 565 01.07.19 22:41