14:40 Noyabrın ilk bazar gününün havası  |     14:23 ABŞ-də neft emalı zavodunda partlayış: Yaralananlar var  |     14:22 "TikTok"da saxta elanlar paylaşaraq vətəndaşların pulunu ələ keçirən şəxs SAXLANILDI - Video  |     14:16 Ramiz Mehdiyevin həyat yoldaşı da işdən çıxarıldı - YENİ TƏYİNAT  |     13:58 Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı  |     13:57 Vilayət Eyvazov Kürdəmirdə növbəti vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video  |     13:54 Bakı metrosunun bəzi stansiyalarında YENİ ÜSULLA ödəniş mümkündür  |     13:44 Dövlət Yol Polisi sürücülərə müraciət edib  |     13:32 Bakıda azyaşlı qızının çılpaq videosunu yayan psixoloq qadına hökm oxundu  |     13:31 Ötən ay 8 milyon manatdan çox qaçaqmal aşkar edilib  |     13:28 Dembele "Bavariya" ilə oyuna hazırlaşır  |     13:11 Salyanda 2-ci sinif şagirdi vəfat edib  |     22:53 Azərbaycanlı tələbə Türkiyədə qəzada həlak oldu: Sürücü saxlanıldı  |     22:46 Tramp Venesuelaya zərbələrlə bağlı qərarını açıqladı  |     22:39 Paltaryuyan maşındakı sadə tənzimləmə enerji sərfini azaldır – Qəbz yarıbayarı düşür  |     22:30 "Sumqayıt"ın baş məşqçisi: "Basketbolçularımız bu gün qəhrəmanlıq göstərdilər"  |     22:23 Yaponlar arıqlamaq üçün xüsusi su istehsal ediblər  |     22:14 Qurban Qurbanov: "Hər rəqibə qarşı yaxşı hazırlaşmalıyıq"  |     22:05 8 saatlıq yuxu mifi: Harvard alimi izah etdi - Əslində insana nə qədər yatmaq lazımdır?  |     21:58 "ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib  |    

"Formula-1"də 400 min manatı mənimsəməkdə təqsirləndirilən Çingiz Mehdiyevə yeni cəza istənildi (YENİLƏNİB)

"Formula-1" yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə yekunlaşıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən son prosesdə hökm gözlənilirdi. Çingiz Mehdiyev mənimsənilən məbləği son anda tam ödədiyi üçün dövlət ittihamçısı təklif edilən cəzanı dəyişərək, onun 3 il şərti azadlıqdan məhrum olunmasını yenidən təklif edib.

Xatırladaq ki, ötən proses zamanı dövlət ittihamçısı Çingiz Mehdiyevin 10 il azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, ittihama görə Çingiz Mehdiyev Gənclər və İdman Nazirliyi vasitəsilə BŞH Əməliyyat Şirkətinə 2016-2018-ci illərdə Bakıda keçirilən "Formula-1" yarışlarının təşkilinə ayrılmış 397 min 852.82 manat vəsaiti mənimsəməkdə təqsirləndirilib. Bundan başqa, Çingiz Mehdiyev ona etibar edilmiş vəsaiti hissə-hissə olmaqla 2020-ci ilin fevral-noyabr aylarında qardaşı Zaur Mehdiyevin ABŞ-nin "Bank of Amerika" bankındakı hesabına 1 milyon 436 min 735.18 manatı köçürməklə leqallaşdırıb.

İttihamda daha sonra qeyd edilib ki, yarışların təşkilində müxtəlif avadanlıqların, geyimlərin qiymətləri artıq göstərilib və nəticədə lazım olduğundan daha çox vəsait ayrılıb. Çingiz Mehdiyev bu üsulla vəsaitləri ələ keçirməkdə də təqsirləndirilir. Ona həm də cinayət yolu ilə əldə olunmuş vəsaitlərin mənimsənilməsi ittihamı verilib. Keçmiş şöbə müdiri həmin vəsaitləri Seyşel adalarında anası Leyla Əliyevanın adına açdığı şirkətin və ailə sürücüsü Mais Abdullayevin hesablarına köçürüb.

Qeyd edək ki, həmin vaxt əməliyyat şirkətinin sabiq icraçı direktoru mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olub.
//oxu.az

* * * * *

"Formula-1"ə ayrılan dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə qazanılmış pulları leqallaşdırmaqda ittiham olunan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin keçmiş şöbə rəisi Çingiz Mehdiyevin məhkəməsi yekunlaşır.

Median.Az
"Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən bugünkü iclasda hökmün elan ediləcəyi gözlənilir.

Prokuror Çingiz Mehdiyevə 10 il həbs cəzası tələb etmişdi. Onun vəkili Faiq Nəcəfov son anda məhkəməyə mənimsəmə epizodu üzrə dövlətə dəymiş ziyanın tam ödənilməsi ilə bağlı ərizə təqdim edib.

Məlum olub ki, Çingiz Mehdiyev 397 892 manatlıq ziyanın qalan 297 892 manatını da son gündə ödəyib. 100 min manatın isə ibtidai istintaq vaxtı ödəməsi barədə əvvəl məlumat verilmişdi.

Müdafiə tərəfi bunu nəzərə alaraq cinayət işinə xitam verilməsini xahiş edib.

Prokuror məsləhətləşmə üçün məhkəmədən vaxt istəyib. Prosesdə birsaatlıq fasilə elan olunub.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin üstünü açdığı bu cinayət 2015-2020-ci illəri əhatə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            711 13.03.25 14:43