Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:23 Yaşa görə gündəlik su norması - Elmi tövsiyə | 18:17 Azərbaycan mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanlayıb | 18:15 XİN-dən bəyanat: "Heç bir qüvvə xalqımızın iradəsini sarsıda bilməz" | 17:49 "Xruşşovka"larda yeni dövr başlayır: Binaların taleyi necə olacaq? | 17:09 Leyla və Arzu Əliyevalar "Tut Əlimdən" Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər - Foto | 17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı idmançı dostu ilə itkin düşdü (FOTO)

13.03.2025 22:25 909
Azərbaycanlı idmançı dostu ilə itkin düşdü (FOTO)
Azərbaycan vətəndaşları - Rəşad Əsgərov və Xəyyam Qaraşov Ukraynada itkin düşüb.

Bu barədə Teleqraf-a R.Əsgərovun qardaşı Ruslan Əsgərov məlumat verib.

Onun sözlərinə görə, qardaşı Rəşad yaxın dostu X.Qaraşovla birgə bu ilin fevralın 26-da Ukrayna ərazisinə daxil olub.

"Onlar Kiyev şəhərində idilər. Martın 6-dək qardaşımla hər gün əlaqə saxlamışam. Qardaşım və dostu ailəlidir, hər birinin iki övladı var. 20 ilə yaxındır daimi yaşayış icazəsi əsasında Ukraynada yaşayırlar. Rəşad özü cüdoçudur. Azərbaycanda cüdo ustası kimi fəaliyyət göstərirdi. Son danışığımız zamanı hər hansı bir şübhəli məqam müşahidə etməmişəm. Qardaşım və dostu əvvəllər məhkum olunmayıblar və kriminal aləmlə heç bir əlaqələri yoxdur”, - R.Əsgərov söyləyib.

O qeyd edib ki, qardaşının dostu ilə birgə itkin düşməsi barədə Kiyev polisi məlumatlandırılıb.

Qeyd edək ki, Rəşad Əsgərov 1984-cü il təvəllüdlüdür. 2023-cü ildə Qazaxıstanın Uralsk şəhərində keçirilmiş gənclər arasında sambo üzrə dünya çempionatında gümüş medal qazanıb.

Kiyevdə yaşayıb, Azərbaycan vətəndaşı olsa da, Ukraynadan oturum almışdı, məşqçi idi.







Son xəbərlər