Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukraynada azərbaycanlı biznesmen oğurlanıb: Avtomobilin nömrəsini üç dəfə dəyişib, xanımına hədə-qorxu gəliblər - VİDEO (YENİLƏNİB)

30.04.2025 18:09 2 619
Ukraynada azərbaycanlı biznesmen oğurlanıb: Avtomobilin nömrəsini üç dəfə dəyişib, xanımına hədə-qorxu gəliblər - VİDEO (YENİLƏNİB)
Ukraynanın Odessa şəhərində itkin düşən azərbaycanlı iş adamı, diaspor nümayəndəsi Vüqar Fərhad oğlu Osmanov barəsində yeni təfərrüat məlum olub.

Oxu.az-ın Vüqar Osmanovun dostu S.K.-dan aldığı məlumata görə, biznesmen aprelin 16-sı Odessa şəhərində idman zalına gedib və bir daha geri qayıtmayıb.

O bildirib ki, idman zalından Vüqar Osmanovun çıxması kameralar tərəfindən qeydə alınıb:

"Bir neçə naməlum şəxs tərəfindən maşına əyləşdirilir və aparılır. Hara aparılır, niyə aparılır - bu isə məlum deyil. Yerli polis onun ailə yaxınlarına hələ də bir məlumat vermir".

Dostu ehtimal edir ki, Vüqar Osmanov Kiyev şəhərinə aparılıb:

"Vüqar evlidir. Dörd uşağı var. O itkin düşəndən sonra yoldaşı polisə müraciət edib, izahat yazıb. Vüqar 12 yaşlı oğlunu izləmək üçün telefonuna tətbiq yükləmişdi. Oradan aldığı siqnal ilə övladının harada olduğunu bilirdi. Elə özü itkin düşəndən sonra oğlu həmin tətbiq vasitəsilə atasının harada olduğunu müəyyən edib. 30 nəfər adam və polisin axtarış qrupu ilə Kiyevə yollanıblar. Çünki telefon oradan siqnal verirdi. Ancaq onlara Kiyevə keçməyə icazə verməyiblər.

Maraqlı məqamlardan biri də budur ki, idman zalından çıxarılıb maşına mindirildikdən sonra nəqliyyat vasitəsinin dövlət nömrə nişanı üç dəfə dəyişdirilib".

S.K. əlavə edib ki, Ukraynada kimisə günahlandırmaq istəyirlərsə, "vətən xaini" damğasını vururlar:

"Burada elədir ki, kiminsə bir az pulu varsa, onu geri atmaq istəyirlərsə, "vətən xaini" adlandırırlar. Biz kömək istəyirik ki, heç olmasa, onun sağ olub-olmaması barədə ailəsinə məlumat verilsin".

Dostu vurğulayıb ki, Vüqar Osmanovun ailəsi də təhlükə altındadır:

"Vüqarın xanımına kimsə zəng vurmuşdu, jarqon, qeyri-etik sözlər işlədərək hədə-qorxu gəlirdi".

O, Vüqar Osmanovun Sumqayıt şəhərində doğulub-böyüdüyünü, uzun müddət Ukraynada yaşadığını söyləyib. Həmçinin əlavə edib ki, Vüqar Osmanov Odessa şəhərində "Abşeron" adlı restoranın sahibidir.

* * * * 

Ukraynanın Odessa şəhərində azərbaycanlı iş adamı, diaspor nümayəndəsi oğurlanıb.

Median.Az
"Report"a istinadən xəbər verir ki,1972-ci il təvəllüdlü Vüqar Fərhad oğlu Osmanov aprelin 16-dan itkin düşüb.

Yerli polisin müşahidə kameraları vasitəsilə apardığı araşdırma nəticəsində müəyyən olunub ki, V.Osmanov Odessa şəhərində iaşə obyektlərindən birindən çıxarkən, naməlum şəxslər tərəfindən avtomobilə əyləşdirilərək naməlum istiqamətə aparılıb. Həmyerlimizlə indiyədək heç bir əlaqə yoxdur. Yerli polis onun yaxınlarına hələ də bir məlumat vermir.

Qeyd edək ki V.Osmanov Ukrayna vətəndaşıdır və Odessada Azərbaycan diasporunun fəal üzvüdür.скачать dle 11.3
Mojo.az Banner