Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid qardaşı: Vətən uğrunda canından keçdiyinə görə onunla fəxr edirəm

28.06.2024 20:08 693
Şəhid qardaşı: Vətən uğrunda canından keçdiyinə görə onunla fəxr edirəm
Vətən və xalq uğrunda canından keçən qardaşımla fəxr edirəm.

Bunu "Report"un Qərb bürosuna açıqlamasında Bakı şəhərindəki I Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş, Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan, bu gün Şəmkirin Mehrili kənd qəbiristanlığında dəfn edilən şəhid Əhliman Vahid oğlu Əsgərovun qardaşı İsmixan Əsgərov deyib.

O, vətən və xalq uğrunda canından keçən qardaşı ilə qürur duyduğunu, məzarının yerinin məlum olması ilə 32 illik həsrətin də sona çatdığını vurğulayıb.

"Müharibə zamanı onun Ağdərədə Çıldıran uğrunda gedən döyüşlərdə şəhid olduğunu bilirdik. Həmin vaxtlarda rəhmətlik atam o istiqamətdə şəhid olanların nəşlərinə baxmağa getmişdi. Lakin tanınmaz olan nəşrlərin içərisində qardaşımı da tanıya bilməmişdi. Sonradan o, naməlum şəhid kimi dəfn olunub. Biz illərlə onun məzarının yerini öyrənə bilmədik. Bir müddət əvvəl dövlətimiz tərəfindən naməlum şəhidlərimizin kimliyinin tapılması üçün analizlər götürüldü. Şükür, bu günlərdə məlum oldu ki, qardaşım Bakıda, Şəhidlər Xiyabanında dəfn olunan naməlum şəhidlərimizdən biridir. Bu gün onun nəşinin qalıqlarını gətirib öz kəndimizdə dəfn etdik. Cənab Prezidentimiz İlham Əliyevə təşəkkür edirəm. Bu gün dəfndə iştirak edən rayon rəhbərinə, camaata da çox sağolun deyirəm", - şəhid qardaşı bildirib.

Qeyd edək ki, Əhliman Vahid oğlu Əsgərov 1972-ci il sentyabrın 12-də Şəmkir rayonunun Mehrili kəndində anadan olub. O, 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Çıldıran kəndində itkin düşüb.скачать dle 11.3

Son xəbərlər