Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:43 Naxçıvanda qayaları üyüdüb duz adı ilə satırlar? - Rəsmi cavab  |     16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |    
Mojo.az Avto
Mojo.az Avto

Havadan alınan nəmlə plastik emal edildi - Alimlərin unikal kəşfi

13.03.2025 22:37 981
Havadan alınan nəmlə plastik emal edildi - Alimlərin unikal kəşfi
Alimlər plastik tullantıların emalı sahəsində qlobal problemi həll etməyə kömək edə biləcək unikal kəşf ediblər. Yeni ekoloji üsul havadakı nəmdən istifadə edərək plastiki parçalamağa imkan verir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Interesting Engineering" yazır.

Məlumata görə, emal prosesi əvvəlcə poliester ailəsinə aid ən geniş yayılmış plastik növü olan politereftalat etilenin (PET) bağlarını dağıdan ucuz katalizator vasitəsilə həyata keçirilir.

PET katalizator və aktivləşdirilmiş kömürlə qarışdırılaraq qızdırılır və nəticədə polimerin strukturasındakı kimyəvi bağlar tez bir zamanda qırılır. Daha sonra parçalanmış material havaya məruz qalır, burada isə az miqdarda nəmin təsiri ilə PET monomerlərə – plastiklərin əsas tikinti bloklarına çevrilir.

Nəticədə, poliesterlərin istehsalı üçün dəyərli xammal olan təmiz tereftal turşusu (TPT) əldə edilir.

"Biz plastikin parçalanması üçün havadakı nəmdən istifadə etdik və olduqca təmiz və selektiv proses yaratdıq", – araşdırmanın müəlliflərindən biri, Yosi Kratiş bildirib.

Digər həmmüəllif Navin Malik isə atmosferin, hətta nisbətən quru şəraitdə belə, 10 000-15 000 kub kilometr su ehtiva etdiyini izah edib.

Kratişin sözlərinə görə, sistem qüsursuz işləyib, lakin əlavə su əlavə edildikdə sıradan çıxıb, çünki suyun artıq miqdarı prosesin işini pozub. Alim vurğulayıb ki, düzgün balansın qorunması son dərəcə vacibdir və sonda məhz havadakı təbii rütubət ideal nəm səviyyəsini təmin edib.

Bu metod niyə ənənəvi üsullardan daha üstündür?

Interesting Engineering bu emal metodunun ənənəvi üsullardan üstün olduğunu vurğulayır. Əsas üstünlüklərdən biri yüksək temperaturun tələb olunmamasıdır, halbuki ənənəvi üsullar yüksək enerji sərfiyyatına ehtiyac duyur. Bundan başqa, prosesdə toksik həlledicilər və təhlükəli kimyəvi maddələr istifadə olunmur ki, bu da onu ekoloji cəhətdən daha əlverişli edir.

Bu metodun digər üstünlüyü isə ucuz və əlçatan katalizatordan istifadə edilməsidir. Burada molibden və aktivləşdirilmiş kömür tətbiq edilir ki, bunlar həm təhlükəsiz, həm də geniş yayılmış materiallardır.

Bundan əlavə, alimlər yeni emal üsulunun sürətini və effektivliyini də qeyd ediblər: plastikin 94%-i cəmi 4 saat ərzində emal edilir.

Üstəlik, bu metodla plastik emalı üçün tullantıların əvvəlcədən çeşidlənməsinə ehtiyac yoxdur.

Plastik tullantıların yaratdığı təhlükə və yeni üsulun əhəmiyyəti

Məqalədə bildirilir ki, PET plastik qida qablaşdırmalarında və içki butulkalarında geniş istifadə olunur və qlobal plastik istehlakının 12%-ni təşkil edir. O, ciddi çirklənmə mənbəyidir, çünki olduqca davamlıdır və istifadədən sonra ya zibilliyə atılır, ya da mikro və nanoplastik hissəciklərə parçalanaraq təbiəti çirkləndirir.

Mövcud plastik emalı üsulları isə çox vaxt yüksək temperatur, intensiv enerji sərfiyyatı, sərt həlledicilər tələb edir və toksik yan məhsullar əmələ gətirir. Bundan başqa, platin və palladium kimi bahalı katalizatorlar istifadə olunur ki, bu da əlavə tullantı problemi yaradır.

"Biz həlledicilər əvəzinə havadan alınan su buxarından istifadə etdik. Bu, plastik tullantılarının emalı problemini daha həssas şəkildə həll etməyə imkan verir", – Kratiş əlavə edib.

Son xəbərlər