Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb

24.10.2025 12:05 1 320
Sumqayıt, Xırdalan və Masazırdan Bakıya gələn avtobuslar üçün xüsusi hərəkət zolağı yaradılıb
Sumqayıt və Xırdalan şəhərləri, eləcə də Masazır qəsəbəsindən Bakı istiqamətinə gələn avtobusların Masazır dairəsindən keçməklə rahat və maneəsiz hərəkətini təmin etmək üçün sözügedən dairədən başlayaraq xüsusi hərəkət zolağı təşkil edilib.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, yeni zolaq artıq effektivliyini sübut etmiş Bakı-Sumqayıt şosesindəki mövcud avtobus zolağına birləşdirilib. Nəticədə paytaxt istiqamətində hərəkət edən avtobuslarla sərnişinlərin əlavə vaxt itkisinə məruz qalmadan daşınması təmin olunub.

Təşkil edilən xüsusi hərəkət zolağı ilə 10 marşrut xətti üzrə 130 avtobus ümumilikdə 650 dəfə hərəkət edir və gün ərzində bu avtobuslardan istifadə edən 40 000-ə yaxın sərnişinin sıxlıqda qalmayaraq rahat daşınması həyata keçirilir.

Bildirilir ki, gündəlik Xırdalan şəhəri və Masazır qəsəbəsindən paytaxta 170 minə yaxın sərnişin daxil olur.

Eyni zamanda, görülən işlər çərçivəsində Tbilisi prospektində mövcud olan xüsusi hərəkət zolağının əhatəliyi genişləndirilib və əlaqəlilik təmin edilib. Belə ki, prospektin "20 Yanvar" dairəsindən Əbdülvahab Salamzadə küçəsinə qədər olan hissəsində xüsusi hərəkət zolağı təşkil olunub və avtobusların bu ərazidə sıxlıqda qalmasının qarşısı alınıb.

Xüsusi hərəkət zolağı yaradılarkən Tbilisi prospektinin Əbdülvahab Salamzadə küçəsi ilə kəsişməsində yolun hərəkət hissəsi genişləndirilib və hərəkət zolaqları yenidən təşkil olunub. Beləliklə, avtomobillər üçün zolaqların sayı dəyişməz olaraq qalıb.

Qeyd edək ki, gün ərzində Tbilisi prospektinin bu ərazisindən 5 müntəzəm marşrut xətti üzrə 75 avtobus ümumilikdə 490 dəfə keçir və bu avtobuslarla 35 000-dək sərnişin daşınır.

İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradan zolaqların əhəmiyyətini nəzərə alaraq hərəkət iştirakçılarına qaydalara riayət etməyə çağırılır.скачать dle 11.3
Mojo.az Banner