Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda marşrut xətlərinə 2300-dən çox avtobus cəlb ediləcək

08.09.2025 21:17 525
Bakıda marşrut xətlərinə 2300-dən çox avtobus cəlb ediləcək
Azərbaycanda tədris mövsümünün başlaması ilə əlaqədar sərnişindaşıma imkanlarının yaxşılaşdırılması üçün xətlərə buraxılan avtobusların sayı artırılacaq.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Bildirilib ki, 2022-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə sərnişindaşımada istifadə edilən avtobusların sayı 1 780 ədəd, 2023-cü ildə 2 011 ədəd, 2024-ci ildə isə 2 180 ədəd olub. Hazırda paytaxtda sərnişindaşımada 2 200 avtobus istismar edilir. Tədris mövsümü ilə əlaqədar nəqliyyat vasitələrinin sayının 2 300-dən çox olması nəzərdə tutulub. Bununla bağlı AYNA tərəfindən plan hazırlanıb, daşıyıcılarla görüşlər keçirilib, xətlər üzrə avtobus sayının artırılması barədə tapşırıqlar verilib.

Hazırda dövlətin təşəbbüsünü dəstəkləyən özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan, yəni elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir.

2025-ci il ərzində 10 marşrut üzrə yenilənmə aparılıb və 150-yə yaxın ekoloji təmiz avtobus daşımalara cəlb olunub. Yenilənmə prosesi paytaxtla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu ərzisini də əhatə edib. Belə ki, 7 marşrut üzrə 85 müasir avtobus sərnişinlərin istifadəsinə verilib. Əlavə olaraq, bu yaxınlarda daşıyıcılar tərəfindən Bakı şəhərində daşımalara ekoloji cəhətdən təmiz və komfortlu daha 200 avtobus gətiriləcək.

Sərnişinlərin mənzil başına daha rahat və sürətli çatdırılmasını təmin etmək məqsədilə avtobuslar xüsusi hərəkət zolaqları ilə hərəkət edir. Hazırda 40-a yaxın küçə və prospektdə ümumilikdə 112 kilometrdən çox avtobus zolağı çəkilib. Hər gün paytaxt və ətraf ərazilərdə bu zolaqlarla hərəkət edən avtobuslarla 1 milyona yaxın sərnişin daşınır. Bakı şəhərində avtobuslar üçün ayrılmış zolaqlar üzrə orta sürət artıb, şəhərin bir sıra ərazilərində gediş vaxtı 12-22 dəqiqəyə qədər qısalıb.

Qeyd edək ki, müxtəlif marşrutlar üzrə xətlərə əlavə avtobusların cəlb edilməsi prosesi davam etdirilir, avtobus parkı yenilənir. Bununla da əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması, xidmət səviyyəsinin yüksəldilməsi, sərnişinlərin daha rahat və sürətli daşınması, sıxlıq hallarının aradan qaldırılması təmin edilir.скачать dle 11.3
Mojo.az Banner