Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

“Milyon qırmızı qızılgül”ün müəllifi xəstəxanaya yerləşdirildi

24.10.2025 22:22 531
“Milyon qırmızı qızılgül”ün müəllifi xəstəxanaya yerləşdirildi
Rusiyalı müğənni Alla Puqaçovanın ifasındakı  “Milyon qırmızı qızılgül” hitinin müəllifi Raymond Pauls xəstəxanaya yerləşdirilib.

Median.Az xəbər verir ki, bu barədə “Abzas” nəşri məlumat yayıb.

89 yaşlı bəstəkar əməliyyat olunduğunu açıqlayıb:
“Xəstəxanadayam. Danışmaq mənim üçün çətindir, bacarmıram. Əməliyyat olundum. Hazırda gücümü bərpa edirəm”.

Qeyd edilir ki, bəstəkarın Latviyadakı çıxışları oktyabr ayına planlaşdırılsa da, səhhətinin pis olması səbəbindən təxirə salınıb. 

Son xəbərlər