Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:13 Bakıda məşhur xəstəxana bağlanır | 22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb |
Mojo.az Avto
Mojo.az Avto

Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi vandal hücumuna məruz qaldı - Səfirlik məsələni nəzarətə götürdü

24.10.2025 21:06 540
Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi vandal hücumuna məruz qaldı - Səfirlik məsələni nəzarətə götürdü
Tbilisinin Besiki küçəsi 24 ünvanında yerləşən Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadənin ev-muzeyinin yerləşdiyi binanın fasadındakı xatirə lövhəsi vandalizm hərəkətinə məruz qalıb.

Apa-nın yerli bürosu xəbər verir ki, barelyefdəki kiril qrafikasında olan "Azərbaycanın" yazısının üzəri ağ markerlə cızılıb və yazı oxunmaz hala gətirilib.
Ev-muzeyinə ictimai nəzarət həyata keçirən Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının sədri İsaq Novruzov apa-nın yerli bürosuna fakt barəsində məlumatlı olmadığını deyib.

Apa-nın yerli bürosu məsələ barədə Azərbaycanın Gürcüstandakı səfirliyini də məlumatlandırıb. Səfirlikdən bildirilib ki, məsələ nəzarətə götürülüb və barelyefdəki yazıya yetirilmiş zərərin aradan qaldırılması təmin olunacaq.

Qeyd edək ki, Cəlil Məmmədquluzadənin Tbilisidəki ev-muzeyi 1998-ci ilin oktyabrında açılıb. Son illərdə yerləşdiyi bina qəzalı olduğundan muzey fəaliyyət göstərmir. Ötən il Azərbaycan tərəfinin və Tbilisi meriyasının dəstəyi ilə tikilinin özül və əsas divarlarının bərkidilməsi işləri aparılıb. Muzeyə aid iki otaqda da divarbərkitmə işləri həyata keçirilib. Növbəti mərhələdə muzeyin bərpası nəzərdə tutulub.

Son xəbərlər