Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Uşağın cinsiyyətini valideynə açıqlamaq hüquq pozuntusudur?

13.03.2025 22:08 546
Uşağın cinsiyyətini valideynə açıqlamaq hüquq pozuntusudur?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova Azərbaycanda doğulan uşaqların cins nisbətində ciddi problemlərin olduğunu vurğulayıb. O, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac olduğunu önə çəkib.

Cins nisbətləri ilə bağlı qanun necə təkmilləşə bilər? Mütəxəssislər bununla bağlı nə təklif edir?

Professor Adil Qeybulla Qaynarinfo-ya bildirib ki, bu problemin kökü mentalitetlə əlaqədardır:

"Bizdə oğlan uşaqlarının doğulmasına üstünlük verilir. Qız uşaqlarının doğuşundan çəkinmək üçün xeyli məqsədli abortlar var. Məqsəd həmin qız uşaqlarının doğuşunun qarşısını almaqdır. Bu, demoqrafik vəziyyətə təsir edir. Ona görə hesab edirəm ki, bunun həlli yolu daha çox təbliğatdan keçir. İnsanlar başa düşməlidir ki, indiki cəmiyyətdə onun önəmi yoxdur. Əvvəllər belə idi ki, oğlan uşaqları valideynin əmlakına sahib çıxırdı, nəslini davam etdirirdi".



Professor hüquqi dövlətdə bu anlayışların elə də əhəmiyyət kəsb etmədiyini vurğulayıb:

"Elə qız uşağı olar bilər ki, hətta cəmiyyət üçün oğlandan daha bacarıqlı olsun. Cinsə görə abort etdirmək, qız uşaqlarının doğuşunun qarşısını almaq tendensiyasında birinci faktor insanların maarifləndirilməsi olmalıdır. İkinci faktor olaraq digər səbəblər var ki, onların da arasında ulturasəs müayinəsinin nəticələrinin valideynlərə deyilməsidir. Əslində bu müayinə onlara bildirilməməlidir".

Adil Qeybulla ulturasəs müayinəsinin nəticələrinin valideynlərə bildirilməsini hüquq pozuntusu sayır.скачать dle 11.3

Son xəbərlər