Mojo.az Banner
11:48 Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB  |     11:32 Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ olacaq - QƏRAR  |     11:21 Valideynlərə ciddi xəbərdarlıq: Cəza üsulu uşaqların psixologiyasını məhv edə bilər  |     11:19 Əbülfəzl Şəkərçi: "ABŞ İranla münaqişədən ləyaqətli bir çıxış axtarır"  |     11:16 Paytaxtın əsas küçələrindən birində avtomobil yanıb, böyük tıxac yaranıb - Video  |     11:06 Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ  |     23:01 SEPAH "Amazon"un bulud hesablama mərkəzinə zərbə endirdi  |     22:55 Dünya çempionatından kənarda qalacaq ulduzlar (SİYAHI)  |     22:46 “Vəkiləm” deyib aldatdı – polis saxladı  |     22:39 Gürcüstanda azərbaycanlı gənc qətlə yetirildi  |     22:31 Salyanda yaşayış evi yandı  |     22:26 Donald Tramp öz tərəfdarlarını Bryus Sprinqstinin konsertlərini boykot etməyə çağırdı - FOTO  |     22:20 Azərbaycanda 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır  |     22:13 ABŞ-da itkin düşən qız 32 il sonra sağ tapıldı  |     22:08 Azərbaycanın "Avroviziya"da çıxış nömrəsi açıqlandı  |     21:59 Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq  |     21:53 İran və Rusiya XİN rəhbərləri regiondakı vəziyyəti müzakirə edib  |     21:48 Azərbaycanda dövlət uşaq müəssisələrində qidalanma rejimində YENİLİK  |     21:40 Dumanlı hava nə vaxta kimi davam edəcək? - Nazirrlik açıqladı  |     21:34 ABŞ-nin Baş prokuroru istefa verdi  |    
Left Banner
Right Banner

Azərbaycan, Gürcüstan və Ermənistan selektiv abortlara görə liderdir

19.04.2019 21:50 1 650
Azərbaycan, Gürcüstan və Ermənistan selektiv abortlara görə liderdir
Təxminən 23 milyon qız uşağının ana bətnindəki həyatına sadəcə ona görə son verilib ki, valideynlər dünyaya gələcək övladlarının oğlan olmasını istəyiblər.

Müqayisə üçün deyək ki, 23 milyon - İspaniya əhalisinin yarısı, Avstraliya sakinlərininsə, demək olar ki, hamısı deməkdir. Bu, Belçika və ya Kubada yaşayanların sayından iki dəfə, Danimarka və Finlandiya əhalisindən isə dörd dəfə çoxdur.

Bu rəqəmlər ABŞ Milli Elmlər Akademiyasının jurnalında dərc edilmiş araşdırmadan götürülüb.

Dünya üzrə son bir neçə onilliyin doğuş statistikasını öyrənən alimlər aşkar ediblər ki, bir neçə ölkədə yeni doğulan körpələr arasında kəskin cinsiyyət fərqi yaranıb - oğlan uşaqlarının sayı artmaqdaykən qız uşaqlarının sayı azalmaqda davam edib.

Bu tendensiya daha çox 11 ölkədə, o cümlədən, keçmiş sovet respublikaları olan Azərbaycan, Gürcüstan, və Ermənistanda müşahidə olunub. Hamiləliyin ən çox pozulduğu ölkələr isə əhali sayının həddindən artıq çox olduğu Çin və Hindistandır.

İstənməyən qızlar

Doğulan hər 100 qıza orta hesabla 100 oğlan düşür. Bu nisbət ildən-ilə cüzi olaraq (1,03 - 1,07) dəyişsə də, ümumilikdə, bütün ölkələr üçün eyni qalır.

Ancaq təxminən 40 il əvvəl ortaya çıxmış texnologiya hələ doğulmamış uşağın cinsiyyətini müəyyənləşdirmək imkanı verdi və bu, selektiv abortlar praktikasını yaratdı.

Gələcək valideynlər hamiləliyi saxlayıb-saxlamamq haqqında qərar vermək fürsəti qazandılar.

Dünya üzrə doğum üzərində nəzarətin artması və uşaqların sayının azalması tendensiyası olsa da, getdikcə daha çox ailə uşağın cinsiyyətindən razı qalmadığı halda hamiləliyi bitirmə və yenidən cəhd etmə qərarı alır. Bir çox xalqlarda oğlan uşaqlarının doğulmasına üstünlük verilir.

Məhz buna görə də bir çox ölkələrdə həkimlərə dölün cinsiyyəti haqda valideynlərə məlumat vermək qanunla qadağan edilib - xüsusilə də hamiləliyin erkən çağlarında, abort şansı daha əlçatan ikən.

Oğlan uşaqlarının hədsiz çoxluğu

200 ölkədə 1970-2017-ci illər aralığındakı doğuş statistikasını araşdıran Amerika və Sinqapur alimləri bəzi anomaliyalar aşkar ediblər - ayrı-ayrı zaman kəsiklərində yeni doğulmuş körpələr arasındakı cinsiyyət nisbətləri kəskin şəkildə dəyişib.

Məsələn, 2005-ci ildə Çində hər yeni doğulan 100 qız uşağına 118 oğlan düşüb. 2018-ci ildə Hindistanda bu nisbət 111 olub.

Oğlan uşaqlarının sayındakı anormal artım daha doqquz ölkədə müşahidə edilib - Azərbaycan, Albaniya, Ermənistan, Gürcüstan, Vyetnam, Tayvan, Tunis, Monteneqro və Cənubi Koreya.

Selektiv abortların kəskin artdığı ilk ölkə Hindistan olub. Oğlan uşaqlarının qeyti-proporsional artımı (1,1) orda hələ 1975-ci ildən start götürüb və bu tendensiya indi də davam etməkdədir.


1980-ci illərin əvvəllərində eyni hal Çində, Koreyada, Tayvanda, Tunisdə və Monteneqroda baş verib. Hələ də 100 qıza 114 oğlanın düşdüyü Çin istisna olmaqla, hazırda həmin ölkələrdə vəziyyət normallaşıb.

Üç keçmiş sovet respublikasında - Azərbaycan, Gürcüstan və Ermənistanda selektiv abortların kəskin artışı SSRİ-nin süqutundan sonrakı 1991-92-ci illərə təsadüf edir. Həmin illərdə bu ölkələrdəki ümumi doğuş sayı da azalıb.

Hazırda Gürcüstanda nisbət bərabərləşib, amma Azərbaycanda və Gürcüstanda selektiv abort təcrübəsi hələ də geniş miqyasda tətbiq edilməkdədir. 2017-ci ildə bu ölkələrdə hər yeni doğulmuş 100 qız uşağına 112-113 oğlan düşüb.

скачать dle 11.3
Mojo.az Banner