Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:19 Siqnaxi şəhərində Azərbaycan-Gürcüstan sənədləri imzalanıb | 15:12 Hər gün avtobusdan istifadə edənlərə ŞAD XƏBƏR | 14:10 Sükan arxasında telefondan istifadə edənlər radara düşəcəklər | 14:09 Uşaqlarını görmək istəyən qadınla keçmiş qayınanası dalaşdılar | 14:08 Noyabrda hava necə olacaq? | 14:07 Şəxslərə pulsuz hüquqi yardım göstərənlərə dövlət nə qədər ödəniş edəcək? | 13:39 Azərbaycanda məktəbə "Molotov kokteyli" atıldı: İki nəfər həbs edildi - Foto | 13:37 Bakıda iki kişi avtomobili səhv parklamağa görə dalaşdı | 13:32 Küləkli hava şəraitində çalışanlara şad xəbər: Fasilələr veriləcək və iş dayandırılacaq | 12:58 İnterpolun tutaraq Bakıya gətirdiyi sabiq gömrük əməkdaşı həbsdən azad edildi | 12:55 Azərbaycan nefti ucuzlaşıb | 12:53 Abşeronda güclü yanğın: Əməliyyat görüntüləri - Video | 12:51 "TikTok"da qadından hədiyyə alan kişi arvadının qolunu sındırdı | 12:50 Günəşdən nəhəng püskürmə baş verdi: Yerə təsiri olacaq? | 12:41 Alyona Əliyeva "ENQRAM" sərgisindən paylaşım edib - Foto | 12:40 Bazarlarda meyvə-tərəvəz bahalaşıb - Video | 12:27 Zərdabda iki avtomobil toqquşdu: Xəsarət alanlar var | 12:23 Bakıda 31 yaşlı kişi özünə xəsarət yetiribmiş - Təfərrüat | 12:06 Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı - Video | 11:52 Piyadanı vurub ağır yaralayan sürücünün cinayət işinə xitam verildi: Səbəb |
Mojo.az Avto
Mojo.az Avto

Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib

13.03.2025 21:38 1 479
Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib
Martın 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf edib.

A.Qukasyan qondarma rejimin “büdcə”sinə Ermənistan tərəfindən ayrılan vəsaitin “kredit” adlandırıldığını, lakin həmin “kredit”in faizsiz və müddətsiz olduğunu bildirib.

“O zaman “faizsiz kreditlər” adlandırılırdı. Yəni, yaxın müddətdə kreditlərin geri qaytarılması məsələsi yox idi. Bundan əlavə, Qarabağdan “ixrac olunan” və “idxal edilən” məhsulların gömrük məsələləri Ermənistanda həyata keçirilirdi. Qarabağdakı “idxal” və “ixrac”la bağlı Ermənistan Respublikasının Dövlət Gömrük Xidmətində toplanan vəsaitlər də “faizsiz kreditlər”ə daxil idi”, - deyə o əlavə edib.

Təqsirləndirilən şəxs deyib ki, “Qarabağın məhsulları”nın Ermənistan vasitəsilə xaricdə satışından əldə olunan gəlir Ermənistanın “kredit” adı ilə qondarma rejimin “büdcə”sinə ayırdığı vəsaitdən az idi.

O, Ermənistan gömrüyü vasitəsilə xarici ölkəyə “ixrac edilən” “Qarabağ məhsulları”nın üzərində onların hansı ölkəyə aid olması barədə yazılanlarla bağlı isə məlumatsız olduğunu bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər