Mojo.az Banner
23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |     22:37 Tramp yeni xəritə paylaşdı - Bu əraziləri ABŞ-yə qatdı (FOTO)  |     22:30 Rusiyada yüksəkvəzifəli şəxslər həbs olundu  |     22:25 Paytaxtın velosiped oğrusu saxlanıldı  |     22:19 Bu ölkə Rusiya və Belarusa sərnişin reyslərini qadağan edir  |     22:07 Gedişhaqqı ilə bağlı Açıqlama: “Qarşıdakı 11-12 ay ərzində...”  |     21:50 Şad xəbər: Orta aylıq əmək haqqı bu qədər artdı  |     21:43 Satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat məhsul subsidiyası veriləcək - NAXÇIVANA XÜSUSİ DƏSTƏK  |     21:23 Gürcüstanda Azərbaycan vətəndaşı itkin düşüb  |     21:21 Sabah bu ərazilərdə qaz kəsiləcək  |     21:09 300 balı siyahıda yox idi, amma qəbulda nəzərə alındı: 627 balla tələbə oldu  |     21:00 Başqasının kosmetikasından “ortaq” istifadə etmək olmaz  |     20:53 Sentyabrda 8 gün iş olmayacaq  |     20:48 Universitetlərə qeydiyyat nə zaman başa çatacaq?  |     20:40 Məktəblərin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir  |     20:34 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? (VİDEO)  |     20:27 Bakıdan Həştərxana müntəzəm uçuşlar bərpa olunur  |    
Left Banner
Right Banner

Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr və ona aid olan digər sənədlər elan edilib

28.08.2025 16:51 609
Arkadi Qukasyanın cinayət işi üzrə verdiyi ifadələr və ona aid olan digər sənədlər elan edilib
Avqustun 28-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaq zamanı verdiyi ifadələr və ona aid digər sənədlər elan edilib.

Median.Az
AZƏRTAC-a istinadla xəbər verir ki, təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı ifadəsində bildirib ki, qondarma rejimin "prezidenti" kimi istənilən "vəzifəyə təyinat"la bağlı qərar qəbul etmək səlahiyyətinə malik olub. Yalnız "müdafiə naziri" vəzifəsinə "təyinat" və "vəzifədən azad etmə" Ermənistanın Müdafiə Nazirliyi və Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baş tutub.

Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyinin göndərdiyini deyən A.Qukasyan ifadəsində vurğulayıb ki, qondarma rejimin "müdafiə nazirliyi" faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyinin tərkib hissəsi kimi çıxış edib.

Bildirilib ki, Ermənistandan silah-sursat və digər bütün təminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndi avtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner