Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:06 Səyyad Arandan nazirliklərə xəbərdarlıq: "Parlamentdə adlarını çəkəcəyəm" | 16:55 Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı | 16:51 Küləkli hava ilə bağlı xəbərdarlıq verildi | 16:42 Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - Foto | 16:25 Kriştiano Ronaldo 38-ci penalti uğursuzluğunu yaşadı | 16:14 İraqda qaz kəməri partladı: Dörd ölü, xeyli yaralı var - Video | 16:05 Paşinyan: "Sabah TRIPP layihəsinin işə salınmasını rəsmən elan edəcəyik" | 15:31 Azərbaycanda 28 yaşlı hüquqşünas vəfat edib | 15:11 Hanoyda Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib | 15:08 Bu gün Tahir Abdullayevin döyüşü var | 15:07 Bakıda ata siqaret çəkən oğlunu cəzalandırdı: Arvadını da döydü | 15:06 Rauf Arifoğludan Əli Kərimli ilə bağlı sensasion açıqlama: "Səsyazısı əlimdədir" | 14:51 Sumqayıtda 9 yaşlı qız dəm qazından boğuldu | 14:43 Bakıda 74 yaşlı kişi futbol oynayarkən ölüb | 14:39 Xalq rəssamının ailəsində faciə: Oğlu mənzilində ölü tapıldı | 14:38 Azərbaycan və Vyetnam prezidentlərinin geniş tərkibdə görüşü olub - Foto | 14:32 Braziliyada dağıdıcı qasırğa: 3 nəfər ölüb, minlərlə ev zərər görüb - Video | 14:26 Gəncədə evdə yanğın: İki nəfər zəhərləndi | 14:21 Məleykə Abbaszadə rektor köməkçisini işdən azad etdi | 14:19 Saatlıda avtomobil yanıb kül oldu - Anbaan video |
Mojo.az Avto
Mojo.az Avto

Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb

14.05.2024 14:52 1 872
Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb
Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub.

APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində vəsatətə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb.

Təqdimatda Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək barəsində seçilmiş qətimkan tədbirinin daha bir neçə ay uzadılması istənilib.

Məhkəmə vəsatət və təqdimatı təmin edib. Qərara əsasən, A.Qukasyan barəsində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb.

Bundan başqa, Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub.

Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda separatçıların “rəhbərləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib.

Son xəbərlər