Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub

01.09.2025 16:13 939
Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub
Sentyabrın 1-də Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr elan olunub.

O, ibtidai istintaqa ifadəsində bildirib ki, 1992-ci ilin sentyabr ayında qondarma rejimin "ordusunda" tabor komandirinin müavini vəzifəsində hərbi xidmətə başlayıb. Müxtəlif vəzifələrə təyin olunub, sonra 2007-ci ilin may ayından 2012-ci ilin noyabr ayınadək qondarma rejimin "müdafiə ordusu"nun qərargah rəisi, 2012-ci ilin noyabr ayından 2015-ci ilin iyun ayınadək isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargah rəisinin müavini vəzifələrində xidmət edib. 2018-ci il dekabrın 14-dən 2019-cu ilin may-iyun ayınadək Xankəndi şəhərində "Xilasetmə idarəsinin direktoru", 2019-cu ilin may-iyun ayından 2020-ci ilin iyun ayınadək "polis rəisi" olub. Təqaüdə göndərildikdən sonra heç bir yerdə işləməyib.

Qondarma qurumun "müdafiə ordusu"nun komandanı vəzifəsində xidmət etdiyi müddətdə "ordunun" maliyyələşməsi, silahlandırılması və sair bu kimi məsələlər Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahı tərəfindən Ermənistan Respublikasının büdcə vəsaiti hesabına həyata keçirilib.

1992-ci ilin sentyabr ayında qondarma qurumun "müdafiə ordusu"nda zabit kimi hərbi xidmətə başladığı gündən etibarən birinci Qarabağ müharibəsi zamanı Kəlbəcər, Füzuli, Ağdərə, Ağdam və Cəbrayıl rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Son xəbərlər