Lazerlə yox etdiyimiz tüklər əslində dərimizi qoruyur » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:05 Mask 14-cü dəfə ata olub  |     21:58 ABŞ Ukraynanın enerji sisteminin bərpası üçün maliyyə yardımını dayandırıb  |     21:53 Gürcüstanın Baş naziri Zelenski ilə qalmaqallı danışıqlarda Trampı dəstəkləyib  |     21:47 Səhiyyə Nazirliyi: Qarlı havada 41 nəfər xəsarət alıb, 2-si əməliyyat olunub  |     21:40 Bakıda qarlı hava günlərində yol qəzalarında 5 svetofor dirəyi, 1 idarəetmə və 1 elektrik qutusuna zərər dəyib  |     21:35 Avropada qazın orta qiyməti 5 % artıb  |     21:29 Qaradağda kafedə qumarxana təşkil etməkdə şübhəli bilinən şəxslər saxlanılıb  |     21:21 Şirvanda avtomat aşkarlanıb  |     21:16 Sumqayıtda 17 yaşlı gənc dəm qazından ölüb  |     21:07 Alimlər neandertalların yoxa çıxmasının səbəbini müəyyən ediblər  |     21:02 Gecəyarısı planlaşdırılmış CİNAYƏT: Azərbaycanda tibb bacısına dəhşətli İŞGƏNCƏ VERİLDİ - GÖRÜNTÜLƏR  |     20:57 Alimlər insanların hansı yaşdan etibarən daha sürətlə qocalmağa başladığını müəyyən ediblər  |     20:49 Sabunçuda 56 yaşlı qadınını avtomobil vurub  |     20:40 III Vergi və Mühasibatlıq Zirvəsi uğurla yekunlaşdı  |     20:28 Qiymətlər yenidən sürətlə artmağa başlayıb - SƏBƏB NƏDİR?  |     20:16 Bakıda çanta oğurlayan qadın və kişilər tutuldu  |     19:58 17 yaşlı yeniyetmənin idarə etdiyi maşın aşıb, xəsarət alanlar var  |     19:51 Finlandiya Prezidenti: Yeganə qalib Putin oldu  |     19:38 Bakı sakini bir evə 1 000 nəfəri "YERLƏŞDİRDİ" - ŞOK cinayətin üstü açıldı  |     19:29 Müşfiq Xanın oğlu Bakıda hosteldən TAPILIB: Yoxa çıxmasının ƏSL SƏBƏBİ BİLİNDİ  |    

Lazerlə yox etdiyimiz tüklər əslində dərimizi qoruyur

Qədim zamanlardan bəri bədəndə artıq tüklərin olması qadınların qorxulu yuxusuna çevrilib. Bəs görəsən, bədənin müxtəlif yerlərində tüklərin əmələ gəlməsinə səbəb nədir?

Median.Az
axşam.az-a istinadən xəbər verir ki, bədəndə miqdarından çox tüklərin əmələ gəlməsi "endokrin" xəstəliyi adlanır. Qadında yumurtalıq, böyrəküstü vəzlərin, hipotalamus və hipovis sistemi xəstəlikləri (beyinlə bağlı xəstəlik) olduqda bədəndə tüklənmə prosesi gedir. Bədəndəki tüklərin yaranma səbəbini aydınlaşdırmaq üçün ilk növbədə qadınların qanındakı hormonlar yoxlanılır. Əgər tüklənmə hansısa xəstəlikdən əməmlə gəlirsə, onun müalicəsi mümkündür.
Birincisi, qadınlara müxtəlif dərmanlardan ibarət müalicələr edilir. Bəzən isə dərmanla müalicə xəstəliyin qarşısını almağa kifayət etmir. Bu halda cərrahi yollardan istifadə olunur. Bəzən yumurtalıqlarda və böyrəküstü vəzlərdə xoş və ya bəd xassəli şişlər olur ki, bu da bədəndə kişi hormonlarının artmasına gətirib çıxarır. Bədəndə kişi hormonlarının artması tüklənməni artırır. Aylıq sikl pozğunluqlarından şikayət edən xanımlarda da tüklənmə halları müşahidə edilir.

Tükün bədəndəki rolu...

Tükdən tamamilə azad almaq istəyi xanımlarımızda günü-gündən artır. Ancaq xanımlar bilməlidirlər ki, tüklər orqanizmdə qoruyucu funksiyaları yerinə yetirir. Onlar dərini günəşin ultrabənövşəyi şüalarından qoruyur. Ultrabənövşəyi şüalar bədəndə ləkələr əmələ gətirir. Bədəndəki tüklər isə müdafiə xarakterli olub ultrabənövşəyi şüaların dəriyə çox düşməsinin qarşısını alır. Son bir neçə ildə isə lazer deyilən üsulla bütün bədən tüklərindən xilas olmaq mümkündür. Bundan istifadə edənlərin sayı günü-gündən artır.

Yay mövsümündə lazer edilməsi qadağandır. Çünki epilyasiya dərinin həssaslığını artırır. Prosesdən sonra günəş altında gəzdikdə dəridə problemlər yaranır. Elə başqa mövsümlərdə də epilyasiya etdirdikdən sonra günəş altında gəzmək, solyariyə girmək ziyandır.

Ağ dərili insanlarda tüklərdən azad olmaq yolu daha asandır. Ancaq qara dərili insanların tükləri cod olduğu üçün onlarda bu proses çox çətin gedir. Statistikaya görə, dünyada tüklərdən əziyyət çəkməyən yeganə xalq yaponlardır. Yaponlar demək olar ki, çox nadir hallarda epilyasiyadan istifadə edirlər.

Lazer təhlükəlidir...

Elə dəri var ki, onda onkoloji xəstəliklərə meyil çoxdur. Bu tip dərisi olan insanların lazer etdirmələri təhlükəlidir. Belə insanlarda dəri xərçənginin yaranma ehtimalı yüksəkdir. Eyni zamanda hamiləlik vaxtı da foto və ya lazer epilyasiyasına icazə verilmir. Çünki hamilə qadınlara şüa ziyandır. Artıq şüa onların qarın nahiyələrində ağrıların əmələ gəlməsinə səbəb olur. Eyni zamanda şəkər və ürək xəstələrinin, allergiyası olan insanların epilyasiyadan istifadə etmələrinə icazə verilmir.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 009 03.06.19 21:29