Mojo.az Banner
18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |     14:15 Azərbaycan və Ermənistan sərhədin delimitasiyasına şimaldan başlayacaq  |     14:05 "Sabah"dan növbəti TRANSFER: Portuqaliyadan hücumçu gətirdi - FOTO  |     14:03 Ceyhun Bayramov: Ermənistanın konstitusiyasının dəyişdirilməsi mövzusunda mövqeyimiz dəyişməzdir  |     13:58 Neft kəskin BAHALAŞDI: "Brent"in qiyməti 100 dolları keçdi  |     13:57 Sabirabadda qəsdən yanğın törədən şəxs saxlanıldı  |     13:39 İki nəfərin öldüyü “Şəki yaylası”nın rəhbəri məsuliyyətə cəlb oluna bilər  |     13:37 Gəncədə 33 yaşlı şəxsi və bacısını bıçaqlayan şəxs SAXLANILDI: Yaralıların SON VƏZİYYƏTİ  |     13:27 Rüşvət alaraq saxta tibbi sənədlər təqdim etməkdə təqsirləndirilən həkimlər barəsində cinayət işi məhkəməyə göndərilib  |     13:24 Bakıya yağış yağacaq  |    
Left Banner
Right Banner

Alimlər insanların hansı yaşdan etibarən daha sürətlə qocalmağa başladığını müəyyən ediblər

01.03.2025 20:57 984
Alimlər insanların hansı yaşdan etibarən daha sürətlə qocalmağa başladığını müəyyən ediblər
Uzun müddət insan qocalması tədricən baş verən proses hesab edilsə də, beynəlxalq alimlər qrupu sübut edib ki, həyatımızda orqanizmin kəskin molekulyar dəyişikliklərə məruz qaldığı iki əsas yaş dövrü var.

Median.Az
“Nature Aging”ə istinadən xəbər verir ki, birinci sıçrayış orta hesabla 44 yaşda, ikincisi isə 60 yaşda baş verir. Bu dövrlər zülalların, lipidlərin, RNT-nin və mikrobiomun tərkibində qlobal dəyişikliklərlə müşayiət olunur.

Tədqiqat 108 könüllünün bir neçə il ərzində müşahidə olunmasına əsaslanır.

Nəticələr göstərib ki, 44 yaşda lipid, kofein və spirtli içkilərin metabolizmində nəzərəçarpacaq dəyişikliklər baş verir, eləcə də ürək-damar xəstəlikləri, dəri və əzələ funksiyalarının pozulması riski artır. 60 yaşda isə dəyişikliklər karbohidrat mübadiləsinə, immun sisteminə, böyrəklərə təsir edir və ürək xəstəlikləri riskini daha da gücləndirir.

Vacib məqam odur ki, bu dəyişikliklər həm kişilərdə, həm də qadınlarda müşahidə olunur, bu da onların yalnız menopauza ilə bağlı olmadığını sübut edir.

Alimlərin fikrincə, bu kəşf yaşlanmaya bağlı xəstəliklərin qabaqlanması və gəncliyin uzadılması strategiyalarına ciddi təsir göstərə bilər. Bununla belə, tədqiqat müəllifləri bildirirlər ki, bu kəskin dəyişikliklərin mexanizmlərini daha dərindən anlamaq üçün əlavə araşdırmalara ehtiyac var.скачать dle 11.3
Mojo.az Banner