Mojo.az Banner
21:14 Daha iki rayonda heyvan bazarlarının fəaliyyətinə icazə verildi  |     21:04 Daha bir klinika cərimələndi - Diplomsuzlar işləyirmiş  |     20:57 "Mançester Yunayted" yüzlərlə azarkeşin abonementini ləğv etdi  |     20:34 Çips, kolbasa və qazlı içkilər - Gündəlik istifadə edənlərə XƏBƏRDARLIQ  |     20:17 Fransanın mərkəzi bankı 1797-ci ildən bəri ilk dəfə defolt təhlükəsi barədə xəbərdarlıq edib  |     20:14 Azərbaycanda “rəqabət xəritəsi” hazırlanacaq  |     20:08 Bakıda sakinlərin həyatını “cəhənnəmə” çevirən nədir? - VİDEO  |     20:04 "Merry Beauty" və "A1 kitab Evi"ndə oğurluq  |     19:58 Premyer Liqa: "Neftçi" V turun açılış oyununda qələbə qazanıb  |     19:57 ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi  |     19:45 Paytaxtın üç küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq  |     19:38 Vuçiç sentyabrın sonunda istefa verəcək  |     19:19 Bu 4 bürcün həyatında dəyişikliklər başlayır  |     19:18 Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı  |     19:03 Xarici diplomatlar Cıdır düzündə  |     18:53 iPhone almaq istəyənlərə şad xəbər — Bu modellər ucuzlaşa bilər  |     18:38 Bakının mərkəzində küçədə yıxılan kişi öldü  |     18:34 Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb  |     18:29 Nepalda sel fəlakətində ölənlərin sayı 1385-ə çatıb  |     18:20 Paytaxtda hazırda 27 istiqamətdə sıxlıq var  |    
Mojo.az Avto
Mojo.az Avto

Finlandiya Prezidenti: Yeganə qalib Putin oldu

01.03.2025 19:51 636
Finlandiya Prezidenti: Yeganə qalib Putin oldu
Ağ Evdə 28 fevral hadisələrinin yeganə qalibi Rusiya Prezidenti Vladimir Putin oldu.

Bunu Finlandiya Prezidenti Aleksander Stubb Donald Tramp və Volodimir Zelenski arasında açıq mübahisəyə çevrilən görüşü şərh edərkən deyib.

"Bu, diplomatik uğursuzluq idi və yekunda yalnız bir qalib oldu, o, heç orada deyildi. Bu, Vladimir Putindir”, - Stubb "Ykkösaamu” teleproqramında bildirib.

Stubb Ağ Evdə baş verənləri "kədərli” və "tarixi” adlandırıb.

"Bütün yetkin həyatım boyu beynəlxalq siyasət və diplomatiya ilə məşğul olmuşam və heç vaxt ictimaiyyət arasında belə bir şey görməmişəm. Bağlı qapılar arxasında hər cür müzakirələr aparılır, lakin cümə günü kameralar qarşısında baş verən hadisələr çox nadir görülənlərdəndir”, - o əlavə edib.

Stubbın sözlərinə görə, Finlandiya sülhə nail olmaq üçün ilkin plan hazırlayıb, bu plan üç mərhələdən ibarətdir və birinci mərhələyə Ukraynanın hərbi, siyasi və iqtisadi cəhətdən güclənməsi, eləcə də Rusiyaya maksimum təzyiq göstərilməsi daxildir.

"Ukrayna təhlükəsizlik məsələlərində aparıcı rol oynamalı, eyni zamanda Avropa və ABŞ-nin dəstəyi ilə hərəkət etməlidir”, - Stubb deyib.

O, danışıqların Pasxa bayramına qədər davam edəcəyini düşündüyünü, Avropanın bu prosesin uğurla həyata keçirilməsi üçün məsuliyyət daşımalı olduğunu vurğulayıb.
//report.azскачать dle 11.3
Mojo.az Banner