Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının Nizami rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Mustafayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 41 qrama yaxın narkotik vasitə olan heroin aşkar edilib.
Əlavə olaraq Masallı rayon sakini, onunla qeyri-rəsmi nikah münasibətində olan qadının kirayədə yaşadığı mənzildən 970 qram heroin, 2 kq. 350 qram marixuana və 10 qramdan artıq güclü təsiredici xüsusiyyətə malik olan metamfetamin aşkar edilib.
Bundan başqa, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının Ağcabədi rayonu ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Hüsülü kənd sakini Məzahir Məmmədov 3 kq. 305 qram marixuananı şərti alıcıya satarkən yaxalanıb.
Faktlarla bağlı CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri satış məqsədi ilə külli miqdarda əldə etmə və saxlama) maddəsi ilə cinayət işləri başlanılıb.