Parkda qızla tanış olmaq istəyən, ona təpik vuran oğlana hökm oxundu » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:39 Qazaxıstanda iğtişaşların təşkilində təqsirli bilinən "Vəhşi Arman" həbsxanada özünə qəsd etdi  |     16:27 Almaniyanın keçmiş prezidenti vəfat edib  |     15:19 Ağcabədi rayonunda qumbaranın partlaması zamanı xəsarət alanların SON VƏZİYYƏTİ  |     15:11 Bakıda məktəbli qız faciəli şəkildə öldü  |     15:08 İran ABŞ administrasiyası ilə birbaşa danışıqlara gedə bilərmi? XİN rəhbəri şərtləri AÇIQLADI  |     15:03 Bu gün Premyer Liqada XXI turun daha iki oyunu keçiriləcək  |     14:55 İmişlidə yol-nəqliyyat hadisəsi: Xəsarət alan şəxs Bakıya gətirildi  |     14:48 "Word" faydalı funksiyasını itirdi  |     14:41 Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib  |     14:39 "ChatGPTnin yeni versiyası təqdim olunub  |     14:36 "Meta"nın xidməti məktubunun məzmunu mətbuata sızdı  |     14:35 Neymar doğma klubuna qayıtdı  |     14:35 Konor Makqreqor Həbib Nurməhəmmədovu döyüşə çağırdı  |     14:34 Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 50-yə yaxın saxlanan var  |     14:32 Günəşdə partlayışlar baş verib  |     14:29 Aktyor Kənan Yusifovun TOYU OLDU - FOTO  |     14:27 Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO  |     14:24 Hökməlidə üçmərtəbəli obyektdə yanğın olub - VİDEO  |     14:10 Yol polisindən sürücülərə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ  |     13:58 Paytaxtın əsas prospektlərindən birində nəqliyyatın hərəkətinə yenidən məhdudiyyət qoyulub  |    

Parkda qızla tanış olmaq istəyən, ona təpik vuran oğlana hökm oxundu

Paytaxtın Səbail rayonu ərazisində küçədə gənc qıza qarşı xuliqanlıq əməli törətmiş oğlan saxlanılıb.

"Qafqazinfo" xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib. Polisə şikayət edən qız tanımadığı şəxsin onu izlədiyini və küçədə yaxınlaşaraq əl-qol hərəkətləri etdiyini, onu öpməyə çalışdığını bildirib.

Müraciətdən bir neçə gün sonra polis əməkdaşları həmin şəxsin yerini müəyyən edərək onu saxlayıblar. Məlum olub ki, bu, Ağcabədi rayonunun kəndlərindən birinin sakini 1995-ci il təvəllüdlü F.Kərimovdur (şərti).

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərilib.

Məhkəmədə şikayətçi qız da iştirak edib. O, polis bölməsində verdiyi ifadəni təsdiq edib:

"Həmin gün saat 20 radələrində bacımla Badamdardakı parkda idik. Bizim oturduğumuz skamyaya bir nəfər əyləşərək mənimlə tanış olmaq istədiyini bildirdi. Dəfələrlə ona tanış olmaq istəmədiyimi dedim. Evə doğru gedəndə yaşadığım küçənin yaxınlığında bir daha ona rədd cavabı verdim. O isə əl-qol ataraq məni öpməyə cəhd etdi. Mənim ayağıma təpik vuraraq uzaqlaşmaq istəyəndə polisə şikayət edəcəyimi söylədim. Telefonumu əlimdən alaraq sındıracağını dedi. Mən isə jurnalist olduğumu söylədim. O, sistem işçisi olduğunu bildirərək telefonumu qaytardı".

Saxlanılan şəxs isə gənc qızın dediklərinin hamısının yalan olduğunu bildirib:

"Mən sadəcə ona yaxınlaşaraq tanış olmaq istəmişəm".

Səbail Rayon Məhkəməsinin qərarı ilə F.Kərimova 10 sutka inzibati həbs cəzası verilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            387 05.09.24 16:40