Yol polisindən sürücülərə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:55 Əhalinin banklara nə qədər kredit borcu var? - Rəqəmlər  |     17:52 İsrail 180-dən çox fələstinli məhbusu azad edib  |     17:51 Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb  |     17:50 Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir  |     17:49 Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     17:40 MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR  |     17:39 Ənvər Həsənov Reabilitasiya Mərkəzinə köçürülüb  |     17:37 Rusiya Donetskdə Krımskoye yaşayış məntəqəsini nəzarətə götürdü  |     17:35 Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər  |     17:34 Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı  |     17:32 Bakıda 5 dərəcə şaxta gözlənilir: Fevral ayına olan HAVA PROQNOZU  |     17:31 "Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır  |     17:30 Poltavada raket yaşayış binasına düşdü: Ölənlər və yaralananlar var  |     17:27 Ermənistanda Azərbaycan dilində oxunan "Qarabağ" mahnısına görə cinayət işi açıldı - VİDEO  |     17:16 "TikTok"da insanları müqəddəs ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs SAXLANILDI - FOTO  |     17:06 Beyləqanda avtomobil daş lövhəyə çırpıldı: Ölən var  |     17:04 Qusarda avtomobildə meyit tapılıb  |     17:01 Qəbələdə baş verən avtoqəzanın YENİ DETALLARI: Sürücülük hüququ olmayıb  |     17:00 ABŞ-də ard-arda təyyarə qəzaları: Hava limanlarında dispetçer çatışmazlığı var?  |     16:58 Şok açıqlama: HƏMAS israilli girovu BMT binalarında saxlayıb  |    

Yol polisindən sürücülərə hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib.

Bu barədə BDYPİ-dən məlumat verilib.

Bildirilib ki, hazırda bölgələrlə yanaşı, Bakıda və ətraf ərazilərdə dumanlı hava müşahidə olunur. Xüsusilə gecə və səhər saatlarında temperatur inversiyasının əmələ gətirdiyi duman səbəbindən yollarda görünüş məsafəsi məhdudlaşıb:

"Qatı duman digər hərəkət iştirakçılarının, eləcə də nizamlama vasitələrinin görünməsinə maneə yaratdığı üçün sürücülərdən belə havalarda daha diqqətli olmaq, sürət həddini və ara məsafəsini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin sazlığından əmin olmaq, dayanma, durma, həmçinin ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmək tələb olunur".

"Piyadalar da dumanlı hava şəraitində sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalı, belə havalarda yola çıxarkən məsuliyyət hissini unutmamalıdırlar", - deyə xəbərdarlıqda qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            177 01.02.25 14:10