Bakıda 5 dərəcə şaxta gözlənilir: Fevral ayına olan HAVA PROQNOZU » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |     19:32 Bakıda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb  |     19:24 KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir  |     19:18 Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb  |     19:11 Niderland Çinə məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başlayıb  |     19:03 Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır  |     18:55 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     18:36 Qubada zəlzələ oldu  |     18:28 Qəbələdə yük avtomobili yanıb  |     18:07 Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub  |     18:03 Su polisi əməliyyat keçirdi: saxlanılan var  |     18:02 Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb  |     17:57 30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı  |     17:56 Dünyanın ən zəngin 10 insanı - "Forbes"  |     17:55 Əhalinin banklara nə qədər kredit borcu var? - Rəqəmlər  |     17:52 İsrail 180-dən çox fələstinli məhbusu azad edib  |     17:51 Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb  |     17:50 Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir  |     17:49 Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     17:40 MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR  |    

Bakıda 5 dərəcə şaxta gözlənilir: Fevral ayına olan HAVA PROQNOZU

Fevral ayına olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevral ayı qış fəslinin soyuq aylarından biri kimi xarakterizə olunsa da, atmosferin ümumi sirkulyasiyasından və sinoptik proseslərdən asılı olaraq, bəzən fevral yanvar ayından daha soyuq olur.

Bu ilin fevral ayında havanın ortaaylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının, əsasən, iqlim normasına yaxın olacağı ehtimal olunur. Fevral ayının ilk günlərində ölkə ərazisində hava şəraitinin nisbətən mülayim, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın ortaaylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 2-5 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 1-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-24 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın ortaaylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 11-29 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın ortaaylıq temperaturunun 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 0-5 dərəcə şaxta, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 21-36 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın ortaaylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 0-5 dərəcə şaxta, bəzi günlərdə 10-15 dərəcə şaxta, gündüzlər 3-8 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-32 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın ortaaylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 15-36 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın ortaaylıq temperaturunun 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturunun 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlıq ərazilərdə gecələr 5-10 dərəcə şaxta, bəzi günlərdə 15-20 dərəcə şaxta, gündüzlər 0-5 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-55 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın ortaaylıq temperaturunun 4-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun gecə 1-6 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 21-35 mm) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın ortaaylıq temperaturunun 3-7 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturunun 1-6 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə şaxta, gündüzlər 6-11 dərəcə isti, bəzi günlərdə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlarda gecələr 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 5-10 dərəcə şaxta, gündüzlər 2-6 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 44-105 mm).скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            114 01.02.25 17:32