KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |     19:32 Bakıda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb  |     19:24 KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir  |     19:18 Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb  |     19:11 Niderland Çinə məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başlayıb  |     19:03 Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır  |     18:55 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |    

KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir

İranın Müdafiə Nazirliyinin nüvənin inkişafına məsul olan gizli agentliyi ölkənin kosmik proqramında fəaliyyət göstərir.

"Report"un "Fox News" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Parisdə yerləşən İran Milli Müqavimət Şurasının (“National Council of Resistance of Iran”, NCRI) hesabatında deyilir.

“Bir neçə ay ərzində toplanmış məlumatlar göstərir ki, İranın Müdafiə İnnovasiyaları və Tədqiqat Təşkilatı Şahrud və Semnan sahələrində nüvə başlıqlarının yaradılması üzrə işi gücləndirib”, - hesabatda deyilir. Məlumata görə, bu obyektlər əvvəllər sırf kosmik inkişaflarla əlaqəli hesab olunurdu.

Hesabatda Tehranın 2024-cü ilin sentyabrında “Çamran-1” tədqiqat peykinin buraxılması üçün istifadə etdiyi “Qaem-100” daşıyıcı raketindən də bəhs edilir. NCRI onun nüvə başlığı daşımağa qadir olduğuna inanır.

İkinci obyekt, Semnan kosmodromunda ağır peykləri orbitə çıxara bilən “Simurq” kimi maye yanacaqla işləyən raketlərin yaradılması üçün istifadə olunur. Bununla belə, təşkilat hesab edir ki, onlar nüvə yüklərini çatdırmaq üçün də uyğunlaşdırıla bilər.

Yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian “NBC News” telekanalına müsahibəsində deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədini güdmür.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            120 01.02.25 19:24