Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:40 MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR  |     17:39 Ənvər Həsənov Reabilitasiya Mərkəzinə köçürülüb  |     17:37 Rusiya Donetskdə Krımskoye yaşayış məntəqəsini nəzarətə götürdü  |     17:35 Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər  |     17:34 Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı  |     17:32 Bakıda 5 dərəcə şaxta gözlənilir: Fevral ayına olan HAVA PROQNOZU  |     17:31 "Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır  |     17:30 Poltavada raket yaşayış binasına düşdü: Ölənlər və yaralananlar var  |     17:27 Ermənistanda Azərbaycan dilində oxunan "Qarabağ" mahnısına görə cinayət işi açıldı - VİDEO  |     17:16 "TikTok"da insanları müqəddəs ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs SAXLANILDI - FOTO  |     17:06 Beyləqanda avtomobil daş lövhəyə çırpıldı: Ölən var  |     17:04 Qusarda avtomobildə meyit tapılıb  |     17:01 Qəbələdə baş verən avtoqəzanın YENİ DETALLARI: Sürücülük hüququ olmayıb  |     17:00 ABŞ-də ard-arda təyyarə qəzaları: Hava limanlarında dispetçer çatışmazlığı var?  |     16:58 Şok açıqlama: HƏMAS israilli girovu BMT binalarında saxlayıb  |     16:56 Vaşinqtonda qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" çaydan çıxarılıb  |     16:52 Lüksemburqda azərbaycanlı auditorun meyiti tapıldı  |     16:42 Azərbaycanda unun son topdansatış qiyməti məlum olub - FOTO  |     16:39 Qazaxıstanda iğtişaşların təşkilində təqsirli bilinən "Vəhşi Arman" həbsxanada özünə qəsd etdi  |     16:27 Almaniyanın keçmiş prezidenti vəfat edib  |    

Sensasion açıqlama: Səkkizinci qitə aşkar edilib

Sakit okeanın altında səkkizinci qitə aşkar edilib.

Bu barədə beynəlxalq alimlər qrupu tərəfindən GSA-da dərc olunan məqalədə elan edilib.

Bildirilir ki, söhbət Zelandiya adlanan qitədən gedir.

"Sakit okeanın suları altında, Avstraliyanın şərqində unikal geoloji formalaşma - Zelandiya qitəsi yerləşir. Təxminən 5 milyon kvadrat kilometr ərazisi olan bu torpaq kütləsi demək olar ki, tamamilə su altında gizlənib və yalnız kiçik bir hissəsi Yeni Zelandiya və Yeni Kaledoniya adaları şəklində suyun səthindən yuxarı çıxır", - deyə məqalədə qeyd olunub.

Alimlər geoloji tədqiqatlara istinadla bildiriblər ki, Zelandiya qitənin əsas meyarlarına cavab verir: aydın müəyyən edilmiş sərhədlərə malikdir, bir milyon kvadrat kilometrdən çox ərazini əhatə edir, ətraf okean qabığından yuxarı qalxır və daha qalın kontinental qabığa malikdir.

"Qitənin təxminən 94%-i suyun altındadır. Peyk qravitasiyası vasitəsilə əldə edilən batimetrik xəritələr Zelandiyanın vizuallaşdırılmasında böyük kömək göstərib. Əgər Yerin bərk səthinin hündürlüyü Mars və Veneranınkı kimi xəritələşdirilsəydi, Zelandiya qitə kimi müəyyən edilərdi", - deyə alimlər əlavə ediblər.

Hesablamalara görə, Zelandiya bir zamanlar Qondvananın sahəsinin təxminən beş faizini təşkil edib, təxminən 100 milyon il əvvəl ondan ayrılmağa başlayıb. Antarktidadan ayrılma prosesi 105 milyon il əvvəl başlayıb və 85 milyon il əvvəl başa çatıb. Təxminən 23 milyon il əvvəl qitə suya batıb".

Elm adamlarının sözlərinə görə, son tədqiqatlar qitənin yaşının əvvəllər düşünüldüyündən xeyli çox olduğunu vurğulayıblar.

"Biz iddia edirik ki, Zelandiya qismən su altında qalmış kontinental fraqmentlər toplusu deyil, 4,9 milyon kvadrat kilometr sahəsi olan vahid qitədir", - tədqiqatçılar məqalələrində yekunlaşdırıblar.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            306 01.02.25 14:41