MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |     19:32 Bakıda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb  |     19:24 KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir  |     19:18 Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb  |     19:11 Niderland Çinə məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başlayıb  |     19:03 Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır  |     18:55 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     18:36 Qubada zəlzələ oldu  |     18:28 Qəbələdə yük avtomobili yanıb  |     18:07 Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub  |     18:03 Su polisi əməliyyat keçirdi: saxlanılan var  |     18:02 Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb  |     17:57 30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı  |     17:56 Dünyanın ən zəngin 10 insanı - "Forbes"  |     17:55 Əhalinin banklara nə qədər kredit borcu var? - Rəqəmlər  |     17:52 İsrail 180-dən çox fələstinli məhbusu azad edib  |     17:51 Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb  |    

MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR

Mərkəzi Seçki Komissiyasının (MSK) 2025-ci il yanvarın 29-da keçirilən bələdiyyə seçkisi ilə əlaqədar növbəti iclası keçirilib.

İclasın gündəliyinə bələdiyyə seçkisi ilə əlaqədar MSK-ya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.

İclasda 81 saylı İmişli, 82 saylı İmişli-Saatlı, 85 saylı Füzuli-Ağcabədi, 86 saylı Ağcabədi, 56 saylı Şabran-Xaçmaz, 67 saylı Sabirabad seçki dairələrində səsvermə günü həmin dairələrin məntəqələrində qanun pozuntularına yol verilməsi ilə bağlı daxil olan iddialara baxılıb.

Müraciətlər Seçki Məcəlləsinin müvafiq maddələrinə əsasən, araşdırılması üçün həmin dairələrin seçki komissiyalarına göndərilib.

MSK sədri Məzahir Pənahov bildirib ki, seçkinin nəticələri ilə bağlı komissiyaya 16 şikayət daxil olub.

Xatırladaq ki, seçkidə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45% olub.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            108 01.02.25 17:40