Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |     19:32 Bakıda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb  |     19:24 KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir  |     19:18 Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb  |     19:11 Niderland Çinə məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başlayıb  |     19:03 Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır  |     18:55 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     18:36 Qubada zəlzələ oldu  |     18:28 Qəbələdə yük avtomobili yanıb  |     18:07 Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub  |     18:03 Su polisi əməliyyat keçirdi: saxlanılan var  |     18:02 Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb  |     17:57 30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı  |    

Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub

Ötən il Azərbaycan 128,9 milyon ABŞ dolları dəyərində 20,2 min ton meşə fındığı ixrac edib.

Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu, 2023-cü ildəki göstərici ilə müqayisədə dəyər baxımından 5,7 milyon ABŞ dolları (4,6%) çox, həcm baxımından isə 3,2 min ton (13,8%) azdır.

2024-cü ildə meşə fındığı ixracı ölkənin ümumi ixracının 0,49%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 3,84%-ni təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycandan 707,8 milyon ABŞ dolları dəyərində 686,2 min ton meyvvə və tərəvəz ixrac olunub. 2023-cü ildəki göstəricilərlə müqayisədə ixrac edilən meyvə və tərəvəzin dəyəri 18,1 milyon ABŞ dolları (2,5%), həcmi isə 35,8 min ton (5%) azalıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi ixracdakı payı 2,67%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 21,09%-ə bərabər olub.

Həmçinin ötən il Azərbaycana ümumi dəyəri 281,8 milyon ABŞ dolları olan 375 min ton meyvə və tərəvəz idxal olunub. 2023-cü ildəki göstəricilərə nisbətən meyvə və tərəvəz idxalının dəyəri 51,9 milyon ABŞ dolları (22,6%), həcmi isə 22,2 min ton (6,3%) artıb.

Hesabat dövründə meyvə və tərəvəzin ümumi idxaldakı payı 1,34% təşkil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            78 01.02.25 18:07