ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların qoşunlarının Suriyadan çıxarılması imkanlarını araşdırmaq hüququnu özündə saxlayır.
Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
"Dünən prezidentə bu sual verildi və o, cavablandırdı. ABŞ Silahlı Qüvvələrinin Ali Baş Komandanı olaraq, hər an xaricdəki qoşunların yerləşdirilməsinə yenidən baxmaq hüququnu özündə saxlayır", - o brifinqdə deyib. Ondan Trampın Suriyadan qoşun çıxarmağı düşünüb-düşünmədiyi soruşulub.