Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:52 Çanaqqala boğazında gəmilərin hərəkəti dayandırılıb  |     22:41 Xroniki yorğunluqdan əziyyət çəkənlər oxusun  |     22:29 Tramp: Venesuela qanunsuz miqrantları qəbul etməyə razılaşıb  |     22:11 Qəhvə beyinə necə təsir edir? – Maraqlı araşdırma  |     22:02 ANAMA sədrinin birinci müavini Bəhruz Məmmədov vəzifəsindən azad edildi  |     21:50 Bakı-Quba yolunda ağır qəza - Avtobus yük maşını ilə toqquşdu  |     21:37 “Qarabağ” yenə gerilədi  |     21:25 Paşinyan Trampdan rədd cavabı aldı  |     21:17 9 yaşlı uşaq zəhərlənib öldü  |     21:08 Yaxın günlərdə Kamçatkada güclü vulkan püskürə bilər  |     20:55 Azərbaycanda 255 min nəfər pulu olmadığı üçün ərzağı nisyə alıb - Rayonlar üzrə siyahı  |     20:40 Xəstəxanaya yerləşdirilən Nazimin səhhəti necədir? - AÇIQLAMA  |     20:37 Fərqanəyə uçan Özbəkistan təyyarəsi Türkmənistanda məcburi eniş edib  |     20:22 Hikmət Hacıyev İrana getdi - Mühüm görüşlər keçirdi  |     20:07 Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub  |     19:59 Türkiyə Ordusu İraqda iki terrorçunu öldürüb  |     19:54 İsrail 183 fələstinli məhbusu azad edib  |     19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |     19:32 Bakıda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb  |    

Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyünə daxil olub

Qazaxıstan BMT reytinqində kibertəhlükəsizlik üzrə liderlərin ilk üçlüyündə yer alıb.

Median.Az
Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsinin sədri Ruslan Abdikalikov bildirib.

Onun sözlərinə görə, yaxın illərdə ölkənin qarşısında rəqəmsal təhlükəsizlik sahəsində lider mövqeləri nəzərdə tutan Tier 1 (Role-modeling) qrupuna daxil olmaq kimi iddialı hədəf durur.

"Son illərdə biz bir sıra mühüm təşəbbüslər həyata keçirmişik: Bug Bounty platforması, məlumatlara çıxışa nəzarət xidməti, 220-dən çox dövlət sisteminin informasiya mühafizəsi platforması ilə inteqrasiyası. Süni intellekt bu gün boşluqların aşkarlanmasında, hücumların qarşısının alınmasında və vətəndaşların qorunmasında aparıcı rol oynayır", - o qeyd edib.

R.Abdikalikov əsas təşəbbüslər arasında Zərərli Kodların Tədqiqat Mərkəzinin və mütəxəssis hazırlığı üçün kiberpoliqonun açılmasını, "Kiberqalxan-2" proqramının genişləndirilməsini, eGov-da "STOP-KREDİT" funksiyasının tətbiqini, şəxsi məlumatların qorunması üzrə beynəlxalq konvensiyalara qoşulmanı qeyd edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            132 01.02.25 20:07