Rusiya müharibənin 1074-cü günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 652 təyyarəsi, 283 helikopteri, 42 095 PUA-sı, 590 zenit-raket kompleksi, 20 984 tank və digər zirehli texnikası, 1 511 reaktiv yaylım atəş sistemi, 21 100 artilleriya və minaatanı, 31 097 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.