İsrail hakimiyyəti Fələstinin radikal HƏMAS hərəkatı ilə atəşkəs razılaşması çərçivəsində 183 fələstinli məhbusu azad edib.
Bu barədə "The Times of Israel" nəşri məlumat verib.
Azad edilən fələstinlilərin bir hissəsinin İordan çayının qərb sahilinə, bir hissəsinin isə Qəzza zolağına aparıldığı qeyd edilib.
Yanvarın 30-da İsrail həbsxanalarından 110 fələstinli məhbus azad edilib.
Fevralın 1-i səhər HƏMAS üç israilli girovu azad edib. Qızıl Xaç Komitəsinin nümayəndələri israilliləri Qəzza zolağında İsrail Müdafiə Qüvvələrinin və "Şabak"ın dislokasiya yerlərinə qədər müşayiət ediblər, daha sonra onlar yəhudi dövlətinin sərhədini keçərək ilkin qəbul məntəqəsinə gediblər.