Almaniyanın keçmiş prezidenti vəfat edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:55 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     18:36 Qubada zəlzələ oldu  |     18:28 Qəbələdə yük avtomobili yanıb  |     18:07 Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub  |     18:03 Su polisi əməliyyat keçirdi: saxlanılan var  |     18:02 Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb  |     17:57 30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı  |     17:56 Dünyanın ən zəngin 10 insanı - "Forbes"  |     17:55 Əhalinin banklara nə qədər kredit borcu var? - Rəqəmlər  |     17:52 İsrail 180-dən çox fələstinli məhbusu azad edib  |     17:51 Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb  |     17:50 Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir  |     17:49 Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     17:40 MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR  |     17:39 Ənvər Həsənov Reabilitasiya Mərkəzinə köçürülüb  |     17:37 Rusiya Donetskdə Krımskoye yaşayış məntəqəsini nəzarətə götürdü  |     17:35 Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər  |     17:34 Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı  |     17:32 Bakıda 5 dərəcə şaxta gözlənilir: Fevral ayına olan HAVA PROQNOZU  |     17:31 "Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır  |    

Almaniyanın keçmiş prezidenti vəfat edib

Almaniyanın keçmiş prezidenti Horst Köhler 81 yaşında vəfat edib.

Median.Az
-ın "Haber Global"a istinadən xəbərinə görə, bu barədə Almaniya Prezident Aparatından məlumat verilib.

Məlumata görə, Köhler qısamüddətli ağır xəstəlikdən sonra paytaxt Berlində dünyasını dəyişib.

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Köhlerin həyat yoldaşı Eva Luiz Köhlerə başsağlığı mesajı göndərib.

"Ölkəmiz üçün və dünyada böyük işlər görmüş, çox hörmətli və olduqca sevilən bir insanı itirdik", - deyə o, mesajda bildirib.

Qeyd edək ki, 22 fevral 1943-cü ildə Polşada anadan olan Köhler 2004-cü ilin mayında Xristian Birlik Partiyaları və Azad Demokrat Partiyasının namizədi olaraq Almaniyanın 9-cu prezidenti seçilmiş, 2009-cu ilin may ayında keçirilən seçkidə ikinci dəfə prezident seçilmişdi.

Köhler 2010-cu ilin mayında Almaniya əsgərlərinin Əfqanıstandakı missiyası ilə bağlı şərhlərinə görə tənqidlərdən sonra tutduğu vəzifədən istefa vermişdi.

Horst Köhler həmçinin 2000-2004-cü illərdə Beynəlxalq Valyuta Fondunun prezidenti, 2017-2019-cu illərdə isə Birləşmiş Millətlər Təşkilatının (BMT) Qərbi Sahara üzrə xüsusi nümayəndəsi vəzifələrində çalışıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            276 01.02.25 16:27