ABŞ hava limanlarının dispetçer məntəqələrinin 90%-dən çoxunda dispetçer çatışmazlığı yaşanır.
Bu barədə CBS nəşri ABŞ Federal Aviasiya Administrasiyasının (FAA) məlumatlarının təhlilinə istinadən bildirib.
Məlumata görə, dispetçer məntəqələrinin yalnız 2%-i tam təlim keçmiş dispetçerlərin sayı üzrə 2024-cü il aviasiya standartlarına cavab verir.
Mənbə qeyd edib ki, hələ təhsilini başa vurmayanları da nəzərə alsaq, bu rəqəm təxminən 8% təşkil edir.