Vaşinqtonda qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" çaydan çıxarılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:46 İrəvan sakinləri nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı meriyanın qərarını boykot edirlər  |     19:39 Koreyada iki balıqçı gəmisi saya oturub, bir nəfər ölüb  |     19:32 Bakıda yeniyetmə qız dəm qazından zəhərlənərək ölüb  |     19:24 KİV: İran nüvənin zənginləşdirilməsini kosmos proqramı adı altında gizlədir  |     19:18 Hindistanda dini festival zamanı növbəti izdihamda yeddi nəfər ölüb  |     19:11 Niderland Çinə məlumatların ötürülməsi ilə bağlı araşdırmaya başlayıb  |     19:03 Tramp Suriyadan qoşunların çıxarılması variantını araşdırmaq hüququnu özündə saxlayır  |     18:55 1074-cü gün: Rusiya Ukraynanın itkilərini yenilədi  |     18:36 Qubada zəlzələ oldu  |     18:28 Qəbələdə yük avtomobili yanıb  |     18:07 Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub  |     18:03 Su polisi əməliyyat keçirdi: saxlanılan var  |     18:02 Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb  |     17:57 30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı  |     17:56 Dünyanın ən zəngin 10 insanı - "Forbes"  |     17:55 Əhalinin banklara nə qədər kredit borcu var? - Rəqəmlər  |     17:52 İsrail 180-dən çox fələstinli məhbusu azad edib  |     17:51 Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb  |     17:50 Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir  |     17:49 Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |    

Vaşinqtonda qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" çaydan çıxarılıb

Müstəntiqlər Vaşinqtonda qəzaya uğrayan təyyarə və helikopterdən bütün uçuş qeydlərini ("qara qutular") çaydan çıxarıblar.

Median.Az
-ın "İzvestiya"ya istinadən xəbərinə görə, bu barədə ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) üzvü Todd İnman mətbuat konfransında məlumat verib.

"Ötən gecə biz CRJ-dən (təyyarə - red.) iki ayrı uçuş qeydi çıxardıq. Biri uçuş məlumatlarını qeyd edən cihaz idi və yaxşı deyə biləcəyimiz vəziyyətdə idi", - deyə o bildirib.

İnmanın sözlərinə görə, ikinci qeyd cihazı pilotların söhbətini yazırmış, onun içinə su dolub, lakin bu, məlumatların deşifrə edilməsi üçün aşılmayacaq problem deyil.

NTSB nümayəndəsinin qeyd etdiyi kimi, helikopterin uçuş qeydləri birləşdirilib və müstəntiqlər əmindirlər ki, onlardan da bütün lazımi məlumatları əldə edə biləcəklər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            120 01.02.25 16:56