Qazaxıstanda iğtişaşların təşkilində təqsirli bilinən "Vəhşi Arman" həbsxanada özünə qəsd etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:36 Qubada zəlzələ oldu  |     18:28 Qəbələdə yük avtomobili yanıb  |     18:07 Azərbaycanın meşə fındığı ixracından əldə etdiyi gəlir məlum olub  |     18:03 Su polisi əməliyyat keçirdi: saxlanılan var  |     18:02 Paytaxtda oğurluqda şübhəli bilinən 2 şəxs saxlanılıb  |     17:57 30 ildir Azərbaycanda olan məşhur təşkilatın yarım milyon borcu üzə çıxdı  |     17:56 Dünyanın ən zəngin 10 insanı - "Forbes"  |     17:55 Əhalinin banklara nə qədər kredit borcu var? - Rəqəmlər  |     17:52 İsrail 180-dən çox fələstinli məhbusu azad edib  |     17:51 Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb  |     17:50 Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir  |     17:49 Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     17:40 MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR  |     17:39 Ənvər Həsənov Reabilitasiya Mərkəzinə köçürülüb  |     17:37 Rusiya Donetskdə Krımskoye yaşayış məntəqəsini nəzarətə götürdü  |     17:35 Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər  |     17:34 Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı  |     17:32 Bakıda 5 dərəcə şaxta gözlənilir: Fevral ayına olan HAVA PROQNOZU  |     17:31 "Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır  |     17:30 Poltavada raket yaşayış binasına düşdü: Ölənlər və yaralananlar var  |    

Qazaxıstanda iğtişaşların təşkilində təqsirli bilinən "Vəhşi Arman" həbsxanada özünə qəsd etdi

Qazaxıstanda iğtişaşlar təşkil etməkdə və adam qaçırmaqda ittiham olunan "Vəhşi Arman" həbsxanada özünə xəsarət yetirib.

Median.Az
-ın "Sputnik Qazaxıstan"a istinadla verdiyi məlumata görə, bu barədə Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin Cəza İcra Sistemi Komitəsindən xəbər verilib.

Bildirilir ki, onun səhhəti qənaətbəxşdir.

"Məhkum özünə cüzi xəsarətlər yetirib. Tibbi yardım dərhal göstərilib. O, xüsusi nəzarət altındadır", - deyə məlumatda bildirilir.

Qurumdan vurğulanıb ki, faktla bağlı xidməti yoxlamalara başlanılıb.

Qeyd edək ki, "Vəhşi Arman" kimi tanınan Arman Cumageldinov Almatıda 2022-ci ilin yanvar iğtişaşlarından dərhal sonra həbs edilib. O, bu iğtişaşların təşkilində ittiham olunub.

İstintaqın versiyasına görə, "Vəhşi Arman" iğtişaşlar zamanı insanları oğurlayıblar: 24 təsadüfi sakini qaçırıb və döyüblər. Nəticədə bir nəfər vəfat edib.

Onunla birlikdə daha altı nəfər saxlanılıb, onlardan müxtəlif markalı və çaplı dörd yarımavtomat tapança, döyüş sursatı, soyuq silah və zirehli avtomobil müsadirə edilib.

Baş Prokurorluqdan bildirilib ki, Cumageldinov iğtişaşlar təşkil etməli, kütləni nəzarətə götürməli və hakimiyyətə vahid ultimativ tələblər irəli sürmək üçün "xalq şurası" yaratmalı idi. Bu işdə ona Almatı Məslihatının keçmiş deputatı və Qazaxıstan hotelinə təşkilatlanmış şəkildə girən banditləri silahlandıran cinayətkar qrupun fəal üzvü Talqat Maxatov kömək edib.

Cari il yanvarın 27-də "Vəhşi Arman" 20 il müddətinə həbs cəzasına məhkum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            261 01.02.25 16:39