Qusar rayonunda avtomobildə meyit tapılıb.
Median.Az "Trend"ə istinadən xəbər verir ki, yanvarın 31-i Qusar rayonunun Xuluqoba kəndinin ərazisində Xaçmaz rayon sakini, 1959-cu il təvəllüdlü Vahid Sirac oğlu Abdullayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti özünə məxsus, "Ford Transit" markalı 99-KS-626 dövlət qeydiyyat nişanlı avtomobildə tapılıb.
Hadisə ilə bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.