Braziliyalı hücumçu Neymar "Santos" klubu ilə müqavilə imzalayıb.
Bu barədə komandanın "X" sosial şəbəkəsindəki rəsmi hesabında məlumat yayılıb.
"Şahzadə geri döndü", - Braziliya klubunun açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Neymar karyerasına "Santos"da başlayıb və "Barselona"ya transfer olunanadək 2009-2013-cü illərdə bu klubun şərəfini qoruyub.