Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
17:52 İsrail 180-dən çox fələstinli məhbusu azad edib  |     17:51 Babək prospektində nəqliyyatın hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb  |     17:50 Rusiyada işləyənlərin nəzərinə: Yeni tələblər gələn həftədən qüvvəyə minir  |     17:49 Bakıda 41 nömrəli marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir  |     17:40 MSK-da bələdiyyə seçkisi ilə bağlı şikayətlərə baxılıb - ARAŞDIRMA APARILIR  |     17:39 Ənvər Həsənov Reabilitasiya Mərkəzinə köçürülüb  |     17:37 Rusiya Donetskdə Krımskoye yaşayış məntəqəsini nəzarətə götürdü  |     17:35 Bərdəyə qaçaqmalçılıqla narkotik gətirənlər həbs edildilər  |     17:34 Kaliforniyada meşə yanğınları 25 gündən sonra nəzarət altına alındı  |     17:32 Bakıda 5 dərəcə şaxta gözlənilir: Fevral ayına olan HAVA PROQNOZU  |     17:31 "Xırdalan" dairəsi istiqamətində yolda təmir işləri aparılır  |     17:30 Poltavada raket yaşayış binasına düşdü: Ölənlər və yaralananlar var  |     17:27 Ermənistanda Azərbaycan dilində oxunan "Qarabağ" mahnısına görə cinayət işi açıldı - VİDEO  |     17:16 "TikTok"da insanları müqəddəs ziyarətgahlara aparmaq adı ilə aldadan şəxs SAXLANILDI - FOTO  |     17:06 Beyləqanda avtomobil daş lövhəyə çırpıldı: Ölən var  |     17:04 Qusarda avtomobildə meyit tapılıb  |     17:01 Qəbələdə baş verən avtoqəzanın YENİ DETALLARI: Sürücülük hüququ olmayıb  |     17:00 ABŞ-də ard-arda təyyarə qəzaları: Hava limanlarında dispetçer çatışmazlığı var?  |     16:58 Şok açıqlama: HƏMAS israilli girovu BMT binalarında saxlayıb  |     16:56 Vaşinqtonda qəzaya uğrayan təyyarənin bütün "qara qutuları" çaydan çıxarılıb  |    

Onlayn kredit almaq istəyənlərin NƏZƏRİNƏ - VİDEO

Son zamanlar vətəndaşların kiberdələduzların qurbanına çevrilməsi onlayn kreditlərə məhdudiyyətin tətbiq edilməsi ehtimalını aktuallaşdırıb.

Median.Az
Xəzər TV-yə istinadən məlumat verir ki, bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun sözlərinə görə, baş verən hadisələr onu deməyə əsas verir ki, bankların informasiya təhlükəsizliyi sistemi qənaətbəxş deyil.

Eskpert bu məsələdə mövcud olan və dilə gətirilməyən digər təhlükəsizlik problemlərini də qeyd edib.

Millət vəkili Vüqar Bayramov da problemdən çıxış yolunu əhalinin rəqəmsal bankçılıqla bağlı maarifləndirilməsində və bankların təhlükəsizlik tədbirlərini gücləndirməsində görür.

Məsələ ilə bağlı Azərbaycan Banklar Assosiasiyasından bildirilib ki, qeyd olunan halların qarşısının alınması və risklərin azaldılması istiqamətində Mərkəzi Bank tərəfindən ötən il "Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası" təsdiq edilib. Qaydanın şərtlərinə əsasən, mobil bankçılıq hesabında qeydiyyat və ya giriş zamanı, habelə müxtəlif əməliyyatlar aparan zaman banklar, fintexlər və digər təşkilatlar tərəfindən 2 təhlükəsizlik faktorundan ibarət verifikasiya elementləri istifadə edilməlidir. Assosiasiyadan o da bildirilib ki, hazırda əksər banklarda 2 faktorlu autentifikasiya elementlərinin tətbiqi ilə bağlı işlərə başlanılıb. Bir neçə bankda isə qeyd olunan qaydalardan irəli gələn tələblər artıq yerinə yetirilib.

Mərkəzi Bankdan isə qeyd edilib ki, bu qurum tərəfindən davamlı olaraq bütün hədəf qrupları nəzərə alınmaqla ölkəmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir. Ötən dövr ərzində ödəniş kartlarından istifadə zamanı müşahidə olunan fırıldaqçılıq halları barədə maarifləndirici video və audioçarxlar hazırlanaraq KİV-də yayımlanıb, o cümlədən bütün banklara tapşırıqlar verilib. Bu il ərzində də müvafiq istiqamətdə birgə işlərin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda orta hesabla əhalinin 46%-i bank hesabına sahibdir və bu göstərici artmaqda davam edir.

Ətraflı süjetdə:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            261 01.02.25 14:27