Azərbaycanda iki yeni radio açılır » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:25 Deputat: Dünyada hansı çirkin iş varsa, arxasından məhz USAİD çıxır  |     21:18 Şəkidə ikifərdi yaşayış evindəyanğın olub  |     21:07 Azərbaycanla Ermənistan arasında itkin düşmüş şəxslərlə bağlı fikir mübadiləsi aparılıb  |     20:53 Donald Tusk: Ölkədə qanun pozan əcnəbiləri deportasiya edəcəyik  |     20:44 Türkiyədə güclü zəlzələ oldu  |     20:28 Bakıda "Bolt" taksisi YANIR - VİDEO  |     20:17 Yağıntılı və küləkli hava şəraiti davam edir - FAKTİKİ HAVA  |     20:08 Cəlal Harutyunyan 5 il 5 ay müddətinə azadlıqdan məhrum edildi  |     20:01 "Oleq Bakinski"nin ev dustaqlığına buraxılması ilə bağlı vəsatəti təmin edilməyib  |     19:28 Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib  |     17:43 Bakıda 52 yaşlı kişi özünü binadan atdı  |     17:24 Azərbaycanda tanınmış futbol həkimi vəfat etdi  |     16:52 Azərbaycanda güclü qar yollarda təhlükəli vəziyyət yaratdı  |     16:31 Dmitri Peskov Bakıda "Rus evi"nin bağlanması ilə bağlı açıqlama verib  |     16:30 Azərbaycanda qarlı, yağışlı hava nə vaxtadək davam edəcək? - RƏSMİ  |     16:27 "İnstpower" piramidasının Azərbaycandakı rəhbərinə HÖKM OXUNDU  |     16:26 Prezident Samir Şərifova daha bir vəzifə verdi  |     16:25 Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri KİMDİR? - DOSYE  |     16:20 Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı  |     16:19 Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb  |    

Azərbaycanda iki yeni radio açılır

Yanvarın 31-də Azərbaycan Respublikası Audiovizual Şurasının iclası keçirilib.

Bu barədə Şuradan məlumat verilib.

Bildirilib ki, iclasda bir sıra məsələlərə baxılıb.

İlk olaraq ümumölkə yerüstü radio yayımçısı lisenziyasının verilməsi üçün elan edilmiş 2 müsabiqəyə yekun vurulub. Müsabiqəyə buraxılmış iddiaçıların sənədlərinin, texniki yayım imkanlarının, kadr və maliyyə-iqtisadi potensialının yoxlanılmasını həyata keçirmiş Müsabiqə Komissiyasının məruzəsi və rəyi dinlənilib. Daha sonra Audiovizual Şuranın üzvləri iddiaçılar haqqında fikirlərini bildiriblər. Müsabiqələrə buraxılmış 5 iddiaçı arasında daha üstün texniki, kadr və iqtisadi potensiala malik olan 2 iddiaçı - "Pro Media Group" MMC (radio kanalın adı: "Planet FM") və "Broadcast Media" MMC (radio kanalın adı: "Dalğa FM") qalib elan olunub və müsabiqələr üzrə yekun qərarlar verilib. Qərarlara əsasən ilkin mərhələdə "Bakı Teleqüllə Kompleksi"ndən 88.7 MHs radiotezliyi "Pro Media Group" MMC-nin, 92.5 MHs radiotezliyi isə "Broadcast Media" MMC-nin istifadəsinə ayrılıb.

Daha sonra audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə əlaqədar Audiovizual Şuraya edilmiş son müraciətlər müzakirə olunub. Qəbul olunmuş müvafiq qərarlara əsasən "İdeal TVNet" MMC-yə (operator xidmət adı: "İdealnet") sadə platforma operatoru, "Azeuronet" MMC-yə (operator xidmət adı: "Azeuronet") universal platforma operatoru, "TV1 Media" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya redaksiyasının adı: "TV1") lisenziyaları verilib.

İclasın sonunda lisenziya sahiblərinin müraciətləri əsasında "Beeonline" ASC-yə, "Global Technology" MMC-yə və "Qafqaznet" MMC-yə verilmiş universal platforma operatoru lisenziyalarının ləğv edilməsi ilə bağlı müvafiq qərarlar qəbul olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            318 31.01.25 19:05