Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:28 Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfirini qəbul edib  |     17:43 Bakıda 52 yaşlı kişi özünü binadan atdı  |     17:24 Azərbaycanda tanınmış futbol həkimi vəfat etdi  |     16:52 Azərbaycanda güclü qar yollarda təhlükəli vəziyyət yaratdı  |     16:31 Dmitri Peskov Bakıda "Rus evi"nin bağlanması ilə bağlı açıqlama verib  |     16:30 Azərbaycanda qarlı, yağışlı hava nə vaxtadək davam edəcək? - RƏSMİ  |     16:27 "İnstpower" piramidasının Azərbaycandakı rəhbərinə HÖKM OXUNDU  |     16:26 Prezident Samir Şərifova daha bir vəzifə verdi  |     16:25 Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri KİMDİR? - DOSYE  |     16:20 Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı  |     16:19 Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb  |     16:18 Yeni maliyyə naziri kollektivə təqdim edildi  |     16:16 Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib  |     16:15 Daşkəsəndə bir yaşlı uşaq qızdırmadan ölüb  |     16:14 Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib  |     16:13 Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib - FOTO  |     16:12 Nyu-Yorkda Kriştianu Ronaldunun heykəli ucaldılıb  |     16:11 Şahdağ yolunda "Hummer" AŞDI  |     16:11 BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     16:05 Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib  |    

Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı

Vaşinqton səmasında sərnişin təyyarəsi ilə toqquşmuş "Black Hawk" hərbi helikopteri təhlükəsizlik sistemini söndürərək uçub.

Median.Az
"CBC News" telekanalına istinadla xəbər verir ki, bunu ABŞ Senatının Texas ştatından olan üzvü Ted Kruz deyib.

Onun sözlərinə görə, qəza zamanı helikopterdə avtomatik asılı müşahidə-yayım (ADS-B) transponderi işləməyib.

Bununla belə, T.Kruz əminliyini bildirib ki, pilotların qurğunu söndürmək üçün səbəbləri olmayıb: "Sistemin söndürülməsinə milli təhlükəsizliklə əlaqəli səbəb olmayıbsa, bunu etmək üçün əsas yoxdur. Sözügedən halda helikopter təlim uçuşunu həyata keçirib".

Xatırladaq ki, yanvarın 30-da Amerika paytaxtının səmasında Kanzasdan uçan sərnişin təyyarəsi ilə hərbi helikopter toqquşub. Nəticədə hər iki hava gəmisi Potomak çayına düşüb.

Təyyarənin göyərtəsində dörd ekipaj üzvü və 60 sərnişin olub. Helikopterdə isə üç hərbi qulluqçu olub. Onların heç birini xilas etmək mümkün olmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            132 07.02.25 16:20