Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:52 Azərbaycanda güclü qar yollarda təhlükəli vəziyyət yaratdı  |     16:31 Dmitri Peskov Bakıda "Rus evi"nin bağlanması ilə bağlı açıqlama verib  |     16:30 Azərbaycanda qarlı, yağışlı hava nə vaxtadək davam edəcək? - RƏSMİ  |     16:27 "İnstpower" piramidasının Azərbaycandakı rəhbərinə HÖKM OXUNDU  |     16:26 Prezident Samir Şərifova daha bir vəzifə verdi  |     16:25 Azərbaycanın yeni əmək və əhalinin sosial müdafiəsi naziri KİMDİR? - DOSYE  |     16:20 Vaşinqtonda aviaqəza: Helikopter pilotunun müəmmalı qərarı  |     16:19 Aktauda AZAL təyyarəsinin qəzasında həlak olanların xatirəsi anılıb  |     16:18 Yeni maliyyə naziri kollektivə təqdim edildi  |     16:16 Kürdəmir Rayon Prokurorluğunun yeni inzibati binası istifadəyə verilib  |     16:15 Daşkəsəndə bir yaşlı uşaq qızdırmadan ölüb  |     16:14 Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyev dəfn edilib  |     16:13 Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib - FOTO  |     16:12 Nyu-Yorkda Kriştianu Ronaldunun heykəli ucaldılıb  |     16:11 Şahdağ yolunda "Hummer" AŞDI  |     16:11 BDYPİ-dən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə MÜRACİƏT  |     16:05 Azərbaycandan Ukraynaya göndərilən humanitar yardım və yenidənqurmaya dəstək 40 milyon dolları keçib  |     16:02 45 azərbaycanlı Almaniyadan ölkəmizə qaytarıldı  |     15:59 Hərbi Prokurorluq: "Bu il hərbi sahədə qeydə alınmış cinayətlər 100 faiz açılıb"  |     15:58 Gəncə Reabilitasiya Mərkəzinin pasiyentinin müəmmalı ölümü: Döyüldüyü iddia edilir  |    

Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir sıra yollarda işıqforların vaxt planı dəyişdirilib

Təmir səbəbindən yaranan nəqliyyat sıxlığını aradan qaldırmaq üçün işıqforların vaxt planı dəyişdirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib.

Bildirilib ki, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında aparılan təmir işləri səbəbindən Damcılı və Ərdəbil küçələrinin Zaur Nudirəliyev küçəsi ilə kəsişməsində nəqliyyat sıxlığı yaranırdı.

DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən sıxlığın qarşısını almaq üçün qeyd olunan kəsişmədə işıqforların yaşıl işığının müddəti 10 saniyə artırılıb. Bununla da nəqliyyat vasitələrinin rahat hərəkəti təmin edilib.

"Aidiyyəti dövlət qurumu tərəfindən aparılan təmir işləri yekunlaşdıqdan sonra, işıqforların vaxt planı əvvəlki vəziyyətinə qaytarılacaq", - deyə müraciətdə qeyd olunub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            204 07.02.25 13:34