Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:02 Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb  |     21:45 Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi  |     21:33 Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər  |     21:14 Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb  |     21:04 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir  |     21:03 "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ  |     20:20 Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur  |     20:12 Ərdoğan Azərbaycan səfirinə mükafat verib  |     20:05 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər  |     19:59 ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib  |     19:51 Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır  |     19:47 Bakıda piyada zonalarının sayı artırılacaq  |     19:38 “Mançester Yunayted”in zədələnən futbolçusu mövsümün qalan hissəsini buraxa bilər  |     19:31 Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib  |     19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |     19:21 Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb  |     19:16 Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil  |     19:09 Suriya lideri yaxın vaxtlarda hökumətdə dəyişikliklər edəcək  |     19:05 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında əlavə vaxt ləğv oluna bilər  |     19:03 Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır  |    

Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb

2024-cü ilin ilkin məlumatlarına görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilə nisbətən 8,1 % artaraq 1 009,2 manat təşkil edib.

Median.Az
bu barədə Dövlət Statistika Komitəsinə istinanadən xəbər verir.

Məlumata görə, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

Bu il yanvarın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ilkin məlumatlara görə 1 milyon 778,5 min nəfər olub, onlardan 882,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 895,7 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Məlumata görə, muzdla işləyənlərin 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 %-i təhsil, 13,5 %-i sənaye, 8,5 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 %-i tikinti, 6,3 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 2,7 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 15,1 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            114 06.02.25 19:27