Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:45 Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi  |     21:33 Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər  |     21:14 Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb  |     21:04 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir  |     21:03 "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ  |     20:20 Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur  |     20:12 Ərdoğan Azərbaycan səfirinə mükafat verib  |     20:05 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər  |     19:59 ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib  |     19:51 Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır  |     19:47 Bakıda piyada zonalarının sayı artırılacaq  |     19:38 “Mançester Yunayted”in zədələnən futbolçusu mövsümün qalan hissəsini buraxa bilər  |     19:31 Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib  |     19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |     19:21 Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb  |     19:16 Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil  |     19:09 Suriya lideri yaxın vaxtlarda hökumətdə dəyişikliklər edəcək  |     19:05 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında əlavə vaxt ləğv oluna bilər  |     19:03 Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır  |     18:39 La Liqa klubunun kapitanı yenidən xərçəng xəstəliyinə tutulub  |    

Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil

Panama kanalının administrasiyası Amerika gəmilərinin pulsuz keçidinə razılıq verməsi barədə ABŞ hakimiyyətinin yaydığı bəyanatı təkzib edib.

Bu barədə EFE agentliyi xəbər verir.

"ABŞ Dövlət Departamentinin son paylaşımına cavab olaraq, tranzit tariflərini müəyyən etmək səlahiyyətinə malik olan Panama kanalı heç bir dəyişikliyi təsdiq etmədiyini bildirir", - məlumatda qeyd olunub.

Eyni zamanda, administrasiya Amerika hərbi gəmilərinin kanaldan istifadəsi məsələsi ilə bağlı Vaşinqtonla dialoqa hazır olduğunu vurğulayıb.

Panama tərəfi bu şərhi ABŞ Dövlət Departamentinin “X” sosial şəbəkəsində Amerika dövlətinə məxsus gəmilərin kanalda pulsuz hərəkət edə biləcəyini təsdiqləməsindən sonra verib.

"ABŞ hökumətinin gəmiləri Panama kanalından pulsuz keçə biləcək. Bu, ABŞ hakimiyyətinə ildə milyonlarla dollara qənaət etməyə imkan verəcək", - məlumatda bildirilib.

Bir neçə gün bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Panamaya səfər edib. O, digər məsələlərlə yanaşı, Panama kanalı məsələsini də müzakirə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            126 06.02.25 19:16