ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:39 SOS: Bakıda şagirdlərə müəmmalı KAĞIZ PAYLANILIR: Üzərində İNTİHARA SÜRÜKLƏYƏN oyunun adı yazılıb  |     22:28 Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA  |     22:15 Yunanıstanda həbs edilən azərbaycanlı gənc DANIŞDI  |     22:02 Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb  |     21:45 Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi  |     21:33 Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər  |     21:14 Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb  |     21:04 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir  |     21:03 "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ  |     20:20 Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur  |     20:12 Ərdoğan Azərbaycan səfirinə mükafat verib  |     20:05 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər  |     19:59 ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib  |     19:51 Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır  |     19:47 Bakıda piyada zonalarının sayı artırılacaq  |     19:38 “Mançester Yunayted”in zədələnən futbolçusu mövsümün qalan hissəsini buraxa bilər  |     19:31 Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib  |     19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |     19:21 Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb  |     19:16 Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil  |    

ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8 %, 2026-cı il üçün isə 4,7 % səviyyəsində proqnozlaşdırır.

"Report" ING-yə istinadən xəbər verir ki, bu proqnozlar yanvar ayında verilən gözləntiləri müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi üstələyir.

Bankın proqnozuna əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4 %, ikinci rübdə 5,7 %, üçüncü və dördüncü rüblərdə isə 4 % təşkil edəcək. 2026-cı ilin son rübündə bu göstəricinin 5,6 % olacağı gözlənilir.

İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6 %, 2026-cı ildə isə 4 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.

BMT-nin gözləntilərinə görə, bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq.

Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            123 06.02.25 19:59