İngiltərə Premyer Liqası təmsilçisi “Mançester Yunayted”in müdafiəçisi Lisandro Martines çarpaz bağından zədə aldığı üçün mövsümün qalan hissəsini buraxa bilər.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı oyunçu Premyer Liqanın XXIV turunun "Kristal Pelas"la matçında zədələnib.
Qeyd edək ki, L.Martines 2024/2025 mövsümündə "Mançester Yunayted"in heyətində ümumilikdə 32 oyuna çıxıb.