Çörəyin çəkisi niyə azalıb? - Yayılan xəbərlərlə bağlı MÜHÜM AÇIQLAMA (VİDEO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:37 Keçmiş icra başçısı XİN-in verdiyi xidməti pasportu İTİRİB  |     13:34 Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb (YENİLƏNİB)  |     13:05 Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs ifşa olundu  |     13:04 Bakıda gecə saatlarında AĞIR QƏZA - Xəsarət alanlar var  |     13:03 Əyyub Allaş rəsmən "Araz-Naxçıvan"da  |     13:02 Azərbaycan Kuboku: Dörddəbir final mərhələsinin ilk oyunlarına yekun vurulacaq  |     13:01 Qobustanda narkotik satışı ilə məşğul olan şəxslər ƏLƏ KEÇDİLƏR  |     13:00 Edamı Tehranla Berlin arasında siyasi qalmaqala səbəb olmuş şəxsin meyiti Almaniyaya təhvil verilib  |     12:59 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi keçiriləcək  |     12:58 ABŞ-də 100 min toyuq yumurtası oğurlandı  |     12:35 55 yaşlı Cennifer Lopesin cavan qalmasının SİRRİ üzə çıxdı  |     12:34 Oynaqlar həqiqətən də yağışdan əvvəl ağrıyır?  |     12:33 Ömrün uzanması üçün həftə ərzində yeyiləcək yumurta sayı açıqlandı  |     12:22 Cənubi Koreyanın eks-prezidentinin qızına ittiham: Sərxoş vəziyyətdə avtomobil idarə edib  |     12:10 "Real Madrid" karyerasını bitirən Pepeni heyətinə qatmaq istəyir  |     11:54 Yaxşı yedikdən sonra insanın niyə yuxusu gəlir? - Alimlərdən maraqlı TƏDQİQAT  |     11:47 "Diddi işi"ndə yeni dönüş: Reper hücuma keçir  |     11:46 Fransada narkotik aludəçilərinin məktəb avtobuslarını idarə etdikləri məlum oldu  |     11:45 İsrail BMT-nin İnsan Haqları Şurasından çıxır  |     11:44 Kobaxidze: "USAID-in maliyyəsi Gürcüstanda inqilablar təşkil etmək üçün istifadə edilib"  |    

Çörəyin çəkisi niyə azalıb? - Yayılan xəbərlərlə bağlı MÜHÜM AÇIQLAMA (VİDEO)

Marketlərdə 55 qəpiyə satılan 510 qramlıq zavod çörəyi ilə yanaşı, yeni qiymətə - 65 qəpiyə 620 qramlıq zavod çörəyi ikinci çeşid kimi tədarük ediləcək.

Median.Az
Baku TV-yə istinadən məlumat verir ki, bu barədə son günlərdə zavod çörəyinin qiyməti ilə bağlı yayılan məlumatda bildirilib. Diqqətçəkən məqam isə 55 qəpiyə satılan çörəyin çəkisinin 510 qram olmasıdır, yəni azaldılmasıdır.

Söhbət ondan gedir ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2022-ci ilin yanvar ayında çörəyin qiymətinin 50 qəpikdən 65 qəpiyə yüksəlməsi ilə bağlı açıqlamasında çörəyin çəkisinin 650 qram olacağı bildirilmişdi.

Eyni zamanda, həmin ilin avqustunda Azərbaycanın iri un və çörək istehsalçılarının qiymətin 65 qəpikdən 70 qəpiyə qaldırılması ilə bağlı birgə məlumatında da çörəyin çəkisinin 650 qram olacağı vurğulanmışdı. Ötən müddətdə bir kisə unun topdansatış qiymətinin 40 manat 70 qəpikdən 25 manatadək, yəni 40 faizə yaxın ucuzlaşması əsas gətirilərək çörəyin qiyməti də aşağı salınıb.

Belə ki, 650 qramlıq çörəyin qiyməti mərhələlərlə 70 qəpikdən 55 qəpiyə, yəni 21,5 faiz endirilib. Lakin son açıqlamadan belə məlum olur ki, istehsalçılar çörəyin qiymətindəki endirimi, əslində, onun çəkisi ilə kompensasiya ediblər.

Bununla da çəki 21,5 faiz, yəni 650-dən 510 qrama qədər azaldılıb. Unun ucuzlaşmasının isə qiymətə real təsiri olmayıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirilib ki, çörəyin çəkisini sahibkarlar özləri sərbəst müəyyən edirlər:

"Sahibkarlar müxtəlif qiymətə müxtəlif çeşiddə çörəklər təklif edirlər. İstehsalçılar onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan məhsulu sərbəst seçərək ala bilərlər. Qanunvericilikdə və müvafiq dövlət standartında çörəyin konkret çəki meyarı ilə bağlı tələb müəyyən edilməmişdir. Çörəyin çəkisi sahibkarlar tərəfindən sərbəst müəyyən edilir. Lakin qablaşdırılmasında onun çəkisi göstərilməlidir".

Deyilənlərdən belə nəticəyə gəlmək olur ki, sahibkar un bahalaşanda çörəyin qiymətini artırdığı halda xammal ucuzlaşanda qiyməti çəkini azaltmaq hesabına endirir. Əksər marketlərdə müşahidələr zamanı isə zavod çörəyi olaraq əsasən qiyməti 55 yox, 65 qəpiyə olan məhsullara rast gəlmək olur.

Ətraflı süjetdə:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            219 06.02.25 11:33