Bakı Kənar Dairəvi yolunun Yeni Yasamal rayonu ərazisindən keçən hissəsində minik avtomobili yük avtomobilinə çırpılıb.
Hadisənin gecə saatlarında baş verdiyi bildirilir.
İlkin məlumata görə, 77-AL-401 dövlət nömrə nişanlı "Khazar" markalı avtomobil üzü Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olan zaman 77-RS-976 dövlət nömrə nişanlı "Ford" markalı yük avtomobilinə çırpılıb.
Hadisə zamanı maşında sıxılmış vəziyyətdə qalan üç nəfər müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Sözügedən yol-nəqliyyat hadisənin baş vermə səbəbini öyrənmək üçün Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanlanıb.