Azərbaycanın yeni maliyyə naziri KİMDİR? - DOSYE » Median.Az - Bütün xəbərlər bir ünvanda
19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |     19:21 Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb  |     19:16 Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil  |     19:09 Suriya lideri yaxın vaxtlarda hökumətdə dəyişikliklər edəcək  |     19:05 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında əlavə vaxt ləğv oluna bilər  |     19:03 Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır  |     18:39 La Liqa klubunun kapitanı yenidən xərçəng xəstəliyinə tutulub  |     18:38 “Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb  |     18:38 Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ  |     18:37 Vəkilliyə qəbulla bağlı sənəd qəbuluna başlanılır  |     18:36 Yunanıstan parlamenti ölkə prezidentini yenə seçə bilməyib  |     18:35 Gürcüstanda etiraz aksiyalarında pozuntulara görə cərimələrin dəfələrlə artırılması planlaşdırılır  |     18:34 Filippində özəl təyyarə qəzaya uğrayıb, ölənlər var  |     18:34 Sabah bəzi rayonlara qar yağacaq, yollar buz bağlayacaq  |     18:33 Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır  |     18:32 Bakıda 9 avtomobildən və 7 evdən 40 minlik oğurluq edən şəxslər saxlanılıb  |     18:32 Bakıda qadını şantaj edən şəxs tutulub  |     18:31 Azərbaycan XİN Yeni Zelandiyanı Milli Günü münasibətilə təbrik edib  |     18:30 Azərbaycan bu il elektrik mühərrikli avtobusların istehsalına başlayacaq  |     18:29 ABŞ administrasiyası Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır  |    

Azərbaycanın yeni maliyyə naziri KİMDİR? - DOSYE

Sahil Rafiq oğlu Babayev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Sahil Babayev Azərbaycan Respublikasının maliyyə naziri təyin edilib.

Nazirin dosyesini təqdim edirik:

Sahil Babayev 1980-ci ildə anadan olub.

2000-ci ildə Bakı Dövlət Universitetində "Beynəlxalq hüquq və beynəlxalq münasibətlər" sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur.

O, 1999-2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib.

S.Babayev 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

2018-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə Sahil Rafiq oğlu Babayev yeni kabinetdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri təyin edilib.

Ailəlidir, üç övladı var.
//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            84 06.02.25 16:42