ABŞ administrasiyası Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:33 Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər  |     21:14 Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb  |     21:04 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir  |     21:03 "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ  |     20:20 Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur  |     20:12 Ərdoğan Azərbaycan səfirinə mükafat verib  |     20:05 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər  |     19:59 ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib  |     19:51 Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır  |     19:47 Bakıda piyada zonalarının sayı artırılacaq  |     19:38 “Mançester Yunayted”in zədələnən futbolçusu mövsümün qalan hissəsini buraxa bilər  |     19:31 Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib  |     19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |     19:21 Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb  |     19:16 Panama kanalının rəhbərliyi ABŞ gəmilərinin pulsuz keçidinə razı deyil  |     19:09 Suriya lideri yaxın vaxtlarda hökumətdə dəyişikliklər edəcək  |     19:05 UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunlarında əlavə vaxt ləğv oluna bilər  |     19:03 Qarabağ Universitetində Tibb fakültəsinin açılması planlaşdırılır  |     18:39 La Liqa klubunun kapitanı yenidən xərçəng xəstəliyinə tutulub  |     18:38 “Mirage 2000” təyyarələrinin ilk partiyası Ukraynaya çatdırılıb  |    

ABŞ administrasiyası Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır

ABŞ Prezidenti Donald Trampın administrasiyası Venesuela lideri Nikolas Maduronun ikinci təyyarəsini həbs etməyi planlaşdırır.

Bu barədə "Associated Press" agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi sənəddə göstərildiyi kimi, söhbət "Dassault Falcon 200" təyyarəsindən gedir. Bu hava gəmisi Venesuela prezidenti və ölkənin digər yüksək vəzifəli şəxsləri tərəfindən Yunanıstan, Kuba, Rusiya və Türkiyə də daxil olmaqla xarici ölkələrə uçuşlar üçün istifadə edilir ki, bu da Amerika administrasiyasının fikrincə, ABŞ sanksiyalarının pozulmasıdır.

"AP"nin məlumatına görə, ABŞ dövlət katibi Marko Rubio hazırda Maduronun hava gəmisinin olduğu Dominikan Respublikasının paytaxtı Santo-Dominqoya səfəri zamanı təyyarənin həbsi barədə elan etmək niyyətindədir.

Müsadirənin həyata keçirilməsi üçün Dövlət Departamentinin rəhbəri təyyarənin saxlanması və xidməti üçün 230 min dollar ayırmaq məqsədilə xarici yardımın dondurulması haqqında fərmandan istisna tələbi imzalamalı olub.

Agentlik qeyd edir ki, təyyarənin həbsi barədə qərarın təsdiqlənməsi həmçinin ABŞ Ədliyyə Nazirliyinin təsdiqini tələb edib.
//TASSскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            102 06.02.25 18:29