Bakıda piyada zonalarının sayı artırılacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:57 BMT USAID-ın bağlanması barədə: ABŞ rəhbərliyi ilə konstruktiv dialoqa sadiqik  |     22:48 Əfqan məmurların "Taliban" liderinin icazəsi olmadan xaricə getmələri qadağan edildi  |     22:39 SOS: Bakıda şagirdlərə müəmmalı KAĞIZ PAYLANILIR: Üzərində İNTİHARA SÜRÜKLƏYƏN oyunun adı yazılıb  |     22:28 Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA  |     22:15 Yunanıstanda həbs edilən azərbaycanlı gənc DANIŞDI  |     22:02 Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb  |     21:45 Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi  |     21:33 Tehran və İrəvan strateji tərəfdaşlıq sənədi üzərində işləyirlər  |     21:14 Sumqayıtda avtomobil 56 yaşlı piyadanı vuraraq öldürüb  |     21:04 Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir  |     21:03 "İpək yolu" gömrük postunda saxta aksiz markası və nişanlar AŞKAR EDİLDİ  |     20:20 Orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur  |     20:12 Ərdoğan Azərbaycan səfirinə mükafat verib  |     20:05 Azərbaycan hərbçiləri "Qış təlimi - 2025" çərçivəsində bir çox silah və texnikadan ilk dəfə istifadə ediblər  |     19:59 ING Azərbaycanda inflyasiya proqnozunu yeniləyib  |     19:51 Qazaxıstanlı politoloq: AZAL təyyarəsinin qəzasının səbəbi aidiyyəti xidmətlərin cinayətkar səhlənkarlığıdır  |     19:47 Bakıda piyada zonalarının sayı artırılacaq  |     19:38 “Mançester Yunayted”in zədələnən futbolçusu mövsümün qalan hissəsini buraxa bilər  |     19:31 Britaniya XİN Rusiya diplomatının akkreditasiyasını ləğv edib  |     19:27 Azərbaycanda orta aylıq əməkhaqqı 8 % artıb  |    

Bakıda piyada zonalarının sayı artırılacaq

Bu il Bakıda yeni piyada zonalarının yaradılması planlaşdırılır.

Bu barədə “Report”un sorğusunun cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, əsas məqsəd paytaxtın sakinlər üçün daha rahat və əlverişli vəziyyətə gətirilməsidir.

"Piyadaların şəhər mobilliyində əsas yer tutması üçün artıq bir sıra layihələr reallaşdırılıb. Avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını və piyada zolağının yaradılmasını nəzərdə tutan ilk layihə Xaqani bağının ətrafında həyata keçirilib. Daha sonra Əziz Əliyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması isə faktiki olaraq Nizami küçəsindən Dənizkənarı Milli Parka qədər piyada zolağının genişləndirilməsinə imkan verib.

Metronun “28 May” stansiyasının qarşısındakı meydanın abadlaşdırılması paytaxtın həmişə izdihamlı olan bu guşəsini təkcə çoxfunksiyalı nəqliyyat qovşağına deyil, həm də şəhərin görkəminə gözəllik verən geniş piyada zolağına çevirib. Bu dəyişikliklər şəhər mühitinin keyfiyyətini yaxşılaşdırmağa imkan verir. Piyada infrastrukturunun təhlükəsizlik və əlçatanlıq standartlarına cavab verməsi istiqamətində aparılan işlər bu il də davam etdiriləcək”, - deyə məlumatda qeyd edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            123 06.02.25 19:47